İnsanların dualarının qəbul olmasının qarşısını alan şəxs
Posted on : Digər sahələr 10/16/2017 1:00:21 PM
Bu kimi şəxslərin ucbatından insanların duaları Allah dərgahında qəbul olmaz
Bəzi şəxslərin
ucbatından insanların duaları Allah dərgahında qəbul olmaz. O şəxs kimdir və
hansı əməlin sahibidir?
Biharul-Ənvar əsərində
(c-75, səh-268) Peyğəmbərdən nəql olunan hədisdə deyilir:
“Məhəmməd Peyğəmbər
buyurub: Qıtlıq və susuzluq düşəndə Musa
Bəni-İsrail üçün dua edib, yağış istədi. Allah ona belə vəhy etdi: Mən sənin
duanı qəbul etməyəcəyəm, sənlə birgə olanların dualarını da qəbul etməyəcəyəm,
madam ki sizin aranızda söz gəzdirən və ara vuranlar var.”
Sual yarana bilər
ki, Allah Quranda buyurur ki, hər kəs öz etdiyi əməllərə cavabdehdir, belə olan
halda niyə bir qrup camaatın duası bir sözgəzdirənə görə qəbul olmamalıdır.
Ola bilər ki
camaatın dualarının qəbul olmaması bu sözgəzdirən insana qarşı "Pis işdən
çəkindirmək" prinsipinin həyata keçirilməməsi nəticəsində və sözügedən
günahkarın günahını davam etməsinin sayəsində həyata keçir.
Quranda bu
haqda oxşar ayələr də var. Məsələn Ənfal surəsinin 25-ci ayəsində buyurulur:
"Sizdən təkcə
zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan
qorxun. Bilin ki, Allah (Onun əmrlərini pozanlara) şiddətli əzab verəndir!"
Yəni bəla gəldikdə
təkcə zalımları tutmayacaq və yaş da qurunun hesabına yanacaq. Allahın bu sünnəti
bu dünyaya aiddir. / İslaminSesi