header

 Ölkələrin silahlanma yarışının ilk pilləsini işğalçı İsrail tutur - Geniş siyahı

2016-cı ildə milli mənfəətinə və səhiyyə xərclərinə nisbətən silaha ən çox pul xərcləyən ölkə işğalçı İsrail olub. Siyahının ilk onluğunda Ermənistan, Rusiya, Cənubi Kipr, Yunanıstan və Azərbaycan da var.

Dünyada illər ərzində dilə gətirilən "Silahlardan təmizlənərək sülh əldə etmək" şüarı, son illərdə yerini yenidən silahlanmağa buraxıb. Hazırda Yaxın Şərq qan gölü, Rusiya ilə Ukrayna arasında isti təmas an məsələsidir və Cənubi Çin Dənizində sular durulmur. Uzun illər müdafiə xərclərinin çatdığı Avropa da Ukraynadakı hadisələr səbəbilə davranışını dəyişdirir. Şərqi Avropa və Baltikyani ölkələri hərbi xərclərini artırır, NATO bu ölkələrə kömək əsgər yerləşdirmək qərarları alır.

Bonn Beynəlxalq Tərksilah Mərkəzinin (BICC) 2016 Qlobal Silahlanma İndeksinin (GMI) hesabatında, məsələyə dair detallar yer alır. Silahlanma xərclərində 152 ölkə siyahısında İsrail dünyanın ən çox hərbi xərclərini edən ölkə kimi birinci yeri tutur.

 

Bonn Beynəlxalq Tərksilah Mərkəzi silahlanma meyarı kimi yalnız ölkələrin silahlanma xərclərini əsas götürmür. Meyar belə olduqda ABŞ 595 milyard dollar xərc ilə hələ də ən başda gələn ölkə mövqeyindədir. Onu 214 milyard dollar ilə Çin izləyir. BICC-in araşdırmasında əsl meyarı bir ölkənin ümumi daxili məhsuluna və məsələn, səhiyyə sahəsindəki xərclərinə nisbətən nə qədər silah xərci aparmasıdır.

 

Bu meyardan yola çıxanda Rusiya 91 milyard dollar silahlanma xərci ilə baxmayaraq ki, ABŞ-dan çox az xərc etmiş kimi görünür, amma indeksin göstəricilərinə görə siyahıda beşinci sırada, ABŞ ilə Çinin önündə yerləşir.

 

Ən çox silahlanma xərci edən ölkələr arasında ilk onluqda İsraildən sonra Sinqapur, Ermənistan, İordaniya, Rusiya, Cənubi Koreya, Cənubi Kipr, Yunanıstan, Azərbaycan və Bruney gəlir. Bruneyi Küveyt, Belarus, Oman, Əlcəzair, Ukrayna, Bəhreyn, Səudiyyə Ərəbistanı, Monqolustan, Vyetnam və Türkiyə izləyir. / İslaminsesi

2016-cı ildə milli mənfəətinə və səhiyyə xərclərinə nisbətən silaha ən çox pul xərcləyən ölkə işğalçı İsrail olub. Siyahının ilk onluğunda Ermənistan, Rusiya, Cənubi Kipr, Yunanıstan və Azərbaycan da var.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap