header

 Hələbdə vəziyyət dövlət qüvvələrinin xeyrinədir

BBC-nin müxbiri Hələbdə silahlı qiyamçıların dövlət qüvvələrinin sürətli irəliləyişi qarşısında davam gətirmədiklərini və hazırda vəziyyətin Suriya dövlətinin xeyrinə dəyişdiyini etiraf edib.

İndi mülki əhalinin terrorçuların əlindən qaçmasına münasib şərait yaranıb. Ordu qüvvələri irəliləməkdə davam edirlər. Terrorçular isə geri çəkilirlər. Minlərlə ailə yaranmış fürsətdən istifadə edir. Onlar, bacardıqları bütün vasitələrdən qaçmaq üçün istifadə edirlər. Əhalinin böyük bir hissəsi indi ordu qüvvələrinin nəzarəti altında olan ərazilərə köçməyə başlayıb.

 

Bu arada Suriya dövlətinin müttəfiqi olan Rusiya qaçqınlar arasında isti ədyallar paylayır. Bəzi şəhər sakinləri bildirir ki, bacarsaydılar, qiyamçıların nəzarətində olan əraziləri bundan xeyli öncə tərk edərdilər.

 

Suriyalı bir qadın deyir: "Orda vəziyyət çox pisdir. Biz yeməyə heç nə tapmırdıq. Hətta, çörək də yox idi."

 

Digər tərəfdən Suriyanın təhlükəsizlik qüvvələrinin terrorçuların əlindən qaçan gəncləri həbs və istintaqa cəlb etmələri barədə də xəbərlər yayılır. Buradan aydın olur ki, artıq dövlət qüvvələri üstün mövqedən çıxış etməyə başlayıblar.

 

Suriya ordusu qiyamçıların ordu qüvvələrinin sürətli irəliləyişi qarşısında davam gətirməyərək, öz silah və hərbi sursat anbarlarını tərk edərək, qaçdıqlarına dair video görüntülər yayımlayıb. Suriya ordusu ötən bir neçə gündə müttəfiq qüvvələrin dəstəyi ilə silahlı qiyamçıların nəzarəti altında olan ərazilərini təqribən yarısını azad etməyi bacarıb. Və Hələbin şərq istiqamətində öz irəliləyişlərini davam etdirir.

 

Hələb əhalisinin Suriya parlamentindəki nümayəndəsi Faris Şəhabi deyir: İnsanların ağrı və acılarına son vermək lazımdır. Amma, insanların ağrı və acılarına son verməyin yeganə yolu terrorçuların Hələbdən çıxmasıdır. Buna görə də terrorçuların şərrindən xilas olmaq lazımdır. Terrorçular Hələbdə və Suriyada qala bilməzlər.

 

Suriya ordusu Hələb şəhərini bir neçə həftəyə kimi tam olaraq azad edəcəyini bildirib. Amma, terrorçuların komandanları bildirirlər ki, onlar təslim olmayacaqlar. Buna görə də, insan tələfatına baxmayaraq, savaş davam edir.

BBC-nin müxbiri Hələbdə silahlı qiyamçıların dövlət qüvvələrinin sürətli irəliləyişi qarşısında davam gətirmədiklərini və hazırda vəziyyətin Suriya dövlətinin xeyrinə dəyişdiyini etiraf edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap