Nardaran şəhidlərinin birinci ildönümü mərasimi keçirildi
Posted on : Digər sahələr 10/16/2017 1:00:19 PM
Əgər Azərbaycanda olan şəhidlərin sayına baxsasnız, artıq bu hadisələrin arxasında İranın dayandığını iddia etməyəcəksiniz.
Nardaranın məzlum
şəhidlərinin birinci ildönümü mərasimi Təbriz şəhərinin vilayətçi əhalisi və
bir sıra dövlət xadimlərinin iştirakı ilə İmam Sadiq (əleyhi səlam) adına Məscidində
keçirilib.
Təbriz əhalisinin
və dövlət xadimlərinin iştirak etdiyi bu mənəvi mərasim Qurani-kərimdən bir neçə
ayənin tilavəti ilə başlandı. Mərasimin davamında höccətül-islam vəl-müslimin Nəzəri
nitq söylədi. Xətib dünya imperializminin və uşaq qatili sionist rejimin İslam
və müsəlmanlara qarşı məkirli planlarından və Azərbaycan Respublikasında baş
verən hadisələr və onun mahiyyətindən danışdı.
Öz çıxışının
mövzusunu “bizim vəzifəmiz” adlandıran cənab Nəzəri İslam, Quran və Əhli-beyti
(ə) müdafiə yolunun çətinlik və zəhmətlərindən söz açdı, bu yolda bəsirətli və
səbirli olmağı çətinliyə dözməyin ən bariz xüsusiyyətləri sırasında qeyd etdi.
Xətib çıxışının
davamında bir sıra mövzulara da toxundu. O cümlədən:
Qərb ölkələri
deyir ki, Sovetlər Birliyi əjdaha idi və onun parçalanmasından sonra indi zəhərli
ilanla, yəni İranla mübarizə aparırıq. Qərb “şiə ayparası” layihəsini ortaya
atmaqla şiə və sünnü arasındakı bağlılıqları qırmaq, onlar arasında ixtilaf
yaratmaq fikrindədir. Qərb mədəniyyəti də İslam və şiələrə qarşı yönəlmişdir.
Belə bir zamanda İslam ölkələrinin vəzifəsi nədir?
Müsəlmanlara
hücum olunduğu dövr olan indiki zamanda İslam ölkələrinin vəzifəsi bir-birinə
yaxınlaşma siyasəti olmalıdır. Əhalisinin 85 faizi şiə olmaqla Azərbaycan
Respublikası İrandan sonra ikinci şiə ölkəsidir. Cəmiyyətinin 85 faizi şiə olan
bir ölkənin kimliyi “Ya Hüseyn” və “Ya Mehdi”dir. Bu kimliyi dəyişdirmək mümkün
deyil. Azərbaycan Respublikasının elitası və dövlət rəsmiləri bu məsələyə diqqət
etməlidir. Xalqın kimliyini dəyişkən kimliyə döndərmək olmaz. Azərbaycana
Mehdisiz və Hüseynsiz baxmaq mümkün deyil. Namaz qılmalarının qarşısını almaq,
divarlardan imamların (ə) adını məhv etmək mümkün olsa da Azərbaycan xalqından
şiə kimliyini almaq mümkün deyil.
Kaş ki, Azərbaycanın
rəsmiləri bu ölkə xalqının Ərbəin mərasimində iştirakını və əzadarların İmam
Hüseyn (ə) bayrağını dalğalandırması səhnəsini görürdülər. Nə üçün onların öz
ölkəsində bu iş üçün icazələri olmasın? Azərbaycan xalqının ziyarət
karvanlarının Samirədə iştirakı onların Əhli-Beyt (ə) məktəbinə sevgisinin yüksək
həddə olmasını nümayiş etdirir. Siz elə düşünürsünüz ki, “Ya Hüseyn” yazılmış
bayraqları öz ölkənizdə onların əlindən alsanız, onlar sakit dayanacaqlar və
heç nə deməyəcəklər? Azərbaycanlı kişilərlə birgə qadınların da Ərbəin yürüşündə
iştirakı bu xalqın ürəyində Hüseyn (ə) sevgisinin dərinliyini göstərir. Nə üçün
bəziləri Azərbaycan və azərbaycanlılar üçün saxta kimlik yaratmaq
ardıncadırlar? Bir kəsin zatını ondan almaq mümkündürmü? Bu hərəkətlər bəzi
dövlətlərin səhv hesablamalarından qaynaqlanır. Əgər öz ölkənizin həqiqətlərinə
diqqət etsəniz, Əhli-Beytə (ə) aşiq dindar kişi və qadınları görsəniz, Azərbaycanda
olan şəhidlərin sayına baxsasnız, artıq bu hadisələrin arxasında İranın
dayandığını iddia etməyəcəksiniz. Şiəlik Azərbaycan xalqının qanına
qarışmışdır. Bunu nə hansısa bir ölkə yarada bilər, nə də hansısa bir güc
oradan çıxara bilər. Nə üçün həqiqəti gizlədirsiniz və Azərbaycan xalqının
dininin həqiqətlərini digər ölkədən alınma adlandırırsınız? Tanınmış bir
müctehid sizin ölkənizə səfər edir və bir gənc onun əlini öpür; bu pis bir
işdirmi? Şərab içibdirmi? Adam öldürübmü? Hansı hərəkətinə görə onu vətən xaini
adlandırırsınız? Bu gənc bir alimin əlini öpmüşdür. Ancaq siz özünüz kimin əlini
öpürsünüz? Necə olur ki, İmam Hüseynin (ə) matəm bayrağını götürmək cinayət
hesab edilir, ancaq Eurovision kimi pozğun bir müsabiqə savab adlanır? Hansı
qeyrətli insan homoseksualların paradına haqq qazandıra və onu insan təbiətinə
uyğun hesab edə bilər? Heç vaxt bir düşüncəni camiədən almaq mümkün deyil. Heç
vaxt xalqın zatını puç proqramlarla dəyişdirmək mümkün deyil. Nə üçün Qarabağın
azad olunması üçün amil ola biləcək şiə mədəniyyətinin genişlənməsini və şiə
birliyinin yaradılmasının yerinə şiə təfəkkürü və anlamları ilə mübarizə edir,
onu məhv etməyə çalışırsınız?
Azərbaycan
Respublikasının dövlət rəsmilərinə tövsiyə edirəm ki, Ali-Xəlifənin Bəhreyndə
etdiyi səhvi və Əhli-Beyt (ə) ardıcıllarının qarşısında dayanmasını təkrar etməsinlər.
Çünki bu viranedici bir seldir.
Mərasmin
davamında məddah Mehdi Xadim Azəriyan İmam Hüseynin (ə) müsibətlərindən zikr
etdi, İslam şəhidləri, xüsusilə də Nardaranın məzlum şəhidlərinin uca məqamları
haqqında şer oxudu.
Qeyd edək ki, mərasimdə
Nardaran və Nardaranın məzlum şəhidlərinə aid video-çarx da nümayiş etdirildi.
/abna