header

 BMT: Myanmar ordusu müsəlmanları məhv etmək istəyir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məsul şəxslərindən biri elan edib ki, Myanmar hökumət bu ölkənin müsəlmanlarını məhv etməyə çalışır.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi BBC-yə açıqlamasında deyib ki,  Myanmarın silahlı qüvvələri Raxin əyalətində Rohingiya müsəlmanlarını qətliam edir və bir çox müsəlman qonşu ölkələrə qaçmaq məcbudiyyətindədir.

 

Myanmar hökuməti və ordusunun müsəlmanlara qarşı vəhşiliyi və qətliamına dair videolar və fotolar dünyada yayımlandığı bir vaxtda Myanmar hökuməti iddia edir ki, müsəlmanlara qarşı vəhşicəsinə davranmır.

 

Myanma hökuməti Raxin əyalətinə jurnalistlərin və xilasedcilərin girişini qadağan edib. Myanmar müsəlmanlarının sayı 1 milyon nəfərdir. İfratçı buddistlər müsəlmanlara qarşı vəhşilikləri və qətliamları ört-basdır etmək üçün iddia edirlər ki, onlar Banqladeşdən gəlib və qanunsuz miqrantlardır.

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı elan edib ki, Myanma təhlükəsizlik qüvvələri  kişiləri güllə ilə öldürür,  uşaqların başını kəsir,  qadınları zorlayırlar,  evləri yandırırlar və  bir qrup müsəlmanı məcbur ediblər ki, qayıqla Banqladeşə getsinlər.

 

Human Rights Watch elan edib ki, son 6 həftə ərzində Rohingiya müsəlmanlarına məxsus 1200-dən çox ev yandırılıb. /Maide

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məsul şəxslərindən biri elan edib ki, Myanmar hökumət bu ölkənin müsəlmanlarını məhv etməyə çalışır.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:19 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap