Gəncədə vəhabilərə qarşı əməliyyat - FOTO
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Bu barədə FaktXəbər-ə
DİN mətbuat xidmətindən məlumat verilib. Belə ki, daxil
olmuş əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi
və Gəncə ŞPBİ əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində Gəncə şəhər
sakinləri Elbrus Ələkbərovun yaşadığı evə baxış zamanı 1 ədəd “ZORAKI-914”
markalı tapança, 2 ədəd qumbara və 4 ədəd patron, Orxan Fətullayevin evinə
baxış zamanı 1 ədəd nömrəsi silinmiş “”Brauninq” markalı tapança, 2 ədəd
qumbara və 1 ədəd patron, əvvəllər məhkum olunmuş Məhəmməd Hüseynovun evinə
baxış zamanı 3 ədəd qumbara, 2 ədəd alışqan və 12 ədəd patron, əvvəllər məhkum
olunmuş Vüsal İsayevin evinə baxış zamanı 2 ədəd qumbara, Zaur Hüseynovun evinə
baxış zamanı 1 ədəd “AKS-74” markalı silah və 80 ədəd patron, qardaşı Eminin
evinə baxış zamanı isə 3 ədəd qumbara və 37 ədəd patron aşkar edilərək
götürülüb. |