Qurani-Kərimdə yer alan çoxlu qissələrin hikməti
Posted on : Əqidələr 10/16/2017 1:00:19 PM
Quranda Qisəs (nağıllar) surəsi var. Allah nağıllar surəsini gətirir və daha sonra "Mən milçəyi misal çəkməkdə belə utanıb eləmirəm" buyuraraq, bizə mesaj çatdırmaq istəyir.
Quranda tarixi
hadisələrdən bəhs edən, keçmiş qövmlərin, tayfa və millətlərin tarixini əks
etdirən əhvalatlar, qissələr və tarixi hadisələr var. Onlar niyə Quranda yer
alıb.
Bir çoxları
nağıl deyəndə yadına Məlik-Məmmədin nağıl və ya insana eyş işrəti aşılayan Min
bir gecə kimi nağılları yada salırlar. Bu səhv düşüncədir ona görə ki, nağıllar
belə ibrət mesajı verirlər.
Amma Quranda gələn
qissələr isə (nağıllar) Allah tərəfindən nazil olub və müəyyən real və həqiqəti
dəyişməz mühüm mesaja malikdirlər.
Əslində Tarix,
insan həyatındakı müxtəlif problemlərin bir növ laboratoriyasıdır. Həyat həqiqətlərinin
dərk olunmasında tarixin müstəsna əhəmiyyəti vardır. Tarixdə müxtəlif qövmlərin
başına gəlmiş hadisələr, bu hadisələri doğuran səbəblər, əyani dərs vəsaitinə bərabərdir.
Həzrət Əli (ə)
oğlu imam Həsənə(ə) belə buyurur: ki, ey oğlum, tarixin təcrübəsini öyrənməklə,
sanki o qövmlərin birinci və sonuncusu ilə birgə yaşamışam. Ey oğlum, sabiqki təcrübə
əhlinin təcrübələrindən yararlan və əlavə zəhmətə qatlaşma. (Nəhcül-bəlağə)
Quranda gələn
qissələr də sırf boş vaxtı nağıl eşitmək məqsədilə deyil, oradakı keçmiş millətlərin
təcrübələrini bizimlə bölüşmək və onlardan ibrət götürmək məqsədi daşıyır.
Həm də rarix və
dastan xüsusi bir cazibəyə malikdir. İnsan körpəlikdən qocalanadək, bu cazibənin
təsiri altında olur. Tarix və dastan hamı tərəfindən dərk olunur, hansı ki, bir
məsələnin sübutu üçün gətirilən dəlilləri hamı eyni səviyyədə dərk etmir. Bu
adi çobana da və ziyalıya da yaxşıdır.
Yuxarıda deyilənlər
bir daha sübut edir ki, Quran tarix və dastana geniş yer ayırmaqla, ən üstün təlim-tərbiyə
yolunu seçmişdir. Hətta bu barədə Qisəs surəsi gəlibdir.
Ayələrin birində
Allah buyurur ki, mən milçəyə misal çəkməkdən utanmıram. Allah bu ayədə demək
istəyir ki, mənim məqsədim insanların anlamasıdır və burada milçəyə də misal çəkilə
bilər, ondan kiçik olan həşəratlara da. Ayə belədir:
“Əlbəttə, Allah
(Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman
gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə:
“Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir
çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız
fasiqləri zəlalətə düçar edir.”
Ona görə madam
ki, hədəf insanın haqqı anlaması, dərk etməsi və onun ardınca getməsidirsə bu məqamda
ən asan anlaşılan üsulu (mesajları nağıl və dastanlarla çatdırmaq) seçmək
lazımdır.
Allah Təala
buyurur: "And olsun ki, Biz Quranı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul
etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən)
varmı?!" (Qəmər, 22)