Azərbaycanda terrorçu məhv edilib - DTX
Posted on : qafqaz 10/16/2017 1:00:19 PM
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində terrorçuluqda təqsirləndirilən şəxs məhv edilib.
DTX-nin ictimai
əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycanın hüdudlarından kənarda dini düşmənçilik
zəminində silahlı münaqişələr aparan terrorçu təşkilatın tabeliyində, yaşadığı ərazidə
tərəfdaşlarından ibarət “camaatın əmiri” kimi fəaliyyət göstərərək, vətəndaşları
belə silahlı münaqişələrə cəlb etməkdə, cinayətkar təşkilatın üzvlərinin gizli
yığıncaqlarını və əlaqələndirilməsini təşkil etməkdə şübhəli bilinən Azərbaycan
vətəndaşı, 1974-cü il təvəllüdlü Rəhimov Ramiq Nazir oğlunun qanunsuz olaraq
odlu silah və partlayıcı vasitələr əldə edib həmin təşkilatın terrorçuluq məqsədləri
və insanların oğurlanması planları barədə daxil olmuş məlumat əsasında DTX tərəfindən
kompleks əməliyyat-axtarış tədbirləri tətbiq olunub.
Təxirəsalınmaz əks
tədbirlərin görülməsi zərurəti ilə əlaqədar R. Rəhimovun 2016-cı il noyabrın
25-də Xaçmaz rayonunun Düztahiroba kəndində tərksilah və cinayət məsuliyyətinə
cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı sonuncu təslim olmaq
barədə qanuni tələblərə tabe olmayaraq, odlu silahdan atəş açıb silahlı müqavimət
göstərib. Əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq, xidməti silahdan
istifadə edilməklə R. Rəhimov məhv edilib.
DTX-nin
İstintaq Baş İdarəsində terrorçuluğa, adam oğurluğuna hazırlıq və digər cinayət
faktları ilə bağlı aparılan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri
davam etdirilir