header

 İslam Oyanışı Assambleyası yekun bəyanat verib

Bağdadda Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 9-cu toplantısı iki gün davam etdikdən sonra bitib və yekun bəyanat qəbul olunub.

Yekun bəyanatda İslam dünyası qarşısında olan problemlər o cümlədən Yəmənə təcavüz, Suriya və İraqda terrora qarşı mübarizə, Bəhreyn və Nigeriyada insanların ictimai siyasi hüquqlarının bərpası, Fələstinin ərazilərinin işğaldan azad edilməsi və fələstinlilərin insani hüquqlarının bərpası və sair kimi mühüm məsələlər qeyd edilib.


 

Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 2 günlük 9-cu toplantısının yekun bəyanatında mövcud problemlərin aradan qaldırılması üçün həlli yolları irəli sürülüb və bu istiqamətdə  siyasətçilər, alimlər, mütəfəkkirlər və nüxbə insanların daha çox rol oynaması məsələsinə təkid edilib.

 


Səkkiz bəndlik bəyanatın sonunda bütün islam ölkələrinin və islam ümmətinin oyaq olması vurğulanıb. Bildirilib ki, hazırda dünya imperialistləri və hegemonları islam dünyasına qarşı müharibəni birbaşa deyil, vasitə ilə irəli aparırlar ki bu da islam dünyasında müsəlmanları qarşı qarşıya qoyur.

 


Qeyd edək ki, Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 9-cu toplantısında Azərbaycan ruhaniləri də iştirak ediblər. Bu toplantıda Azərbaycan ruhanilərindən Sərdar Hacıhəsənli və Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri, ruhani İlqar İbrahimoğlu da iştirak ediblər. (islaminsesi)


 
 
Bağdadda Beynəlxalq İslam Oyanışı Assambleyasının Ali Şurasının 9-cu toplantısı iki gün davam etdikdən sonra bitib və yekun bəyanat qəbul olunub.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap