header

 İŞİD-in məşhur cəlladı "Cihadçı Tolik" öldürüldü

O İraqın Mosul şəhərində məhv edilib.

"Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, İraqın Mosul şəhərində daha çox "Cihadi Tolik" kimi məşhur olan İŞİD terrorçusu Anatoliy Zemlyanka məhv edilib. İŞİD terror təşkilatının cəlladı Mosul şəhərinin azad edilməsi üçün keçirilən əməliyyat zamanı məhv edilib.

 

Xatırladaq ki, bu rusiyalı terrorçu internetdə yayılmış videonun hesabına məşhur olub. Belə ki, həmin videoda o 23 yaşlı Maqomed Xasiyevin başını kəsərək onu vəhşicəsinə qətlə yetirib. Qeyd edək ki, Xasiyev İŞİD əleyhinə casusluqda ittiham edildiyinə görə öldürülümüşdü.

 

Zemlyankanın 2013-cü ildə Suriyaya getdiyi bilinir. O orada İŞİD terror təşkilatına qoşulub.

 

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, o hələ Yaxın Şərqə getməmişdən öncə, öz doğma Noyabrsk şəhərində aktiv şəkildə dini-ekstremist ədəbiyyatın yayılması və İŞİD cərgələrinə üzv toplamaqla məşğul olub.

 

"Cihadçı Tolik"in öz iki dostunu da təşkilata üzv etdiyi məlumdur.

O İraqın Mosul şəhərində məhv edilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:17 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap