Tanınmış arif məclisdə qeybət olmasın deyə bu zikri oxuyardı
Posted on : Əqidələr 10/16/2017 1:00:17 PM
Mərhum Dulabi deyilənlərə görə hər məclisə girəndə “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayardı və daha sonra dərhal salavat zikr edərdi.
Qeybət həsəd, paxıllıq, kin-küdurət, ədavət
və sair amillərdən irəli gələn bir günahdır. Buna adi insanlar daha çox düçar
olar. İbadət əhli də ondan amanda qalmaz. Qeybət etməmək üçün birinci növbədə
insan öz nəfsilə paxıllıq, kin kudürət və ədavət zəminində mübarizə
aparmalıdır.
Amma qeybət məqamı gəldikdə isə ona
qarşı da addımlar atmalı, bəzən də qeybət etdiyi insana yaxınlaşıb onu
sevdiyini də dilə gətirməli və bu yolla nəfsini əzməlidir.
Mərhum Dulabi deyilənlərə görə hər məclisə
girəndə “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayardı və daha sonra dərhal salavat
zikr edərdi.
Bismillahdan sonra deyilən salavat
zikrinin səbəbini ondan soruşanda o həmişə deyərdi:
“İmam Əlidən hədis nəql olunub ki, bir məclisdə
qeybətin edilməsinin qarşısını almaq istəyirsinizsə Bismillahdan sonra salavat
zikr edin. Çünki bu zaman Allah bir mələyi göndərər ki, o məclisi qeybətdən və
qeybət edənlərdən qorusun”
Qeyd etmək lazımdir ki, burada ixlasın
Allahla bəndəsi arasında səmimiyyətin olmayacağı təqdirdə bu zikrlər də fayda
verməyəcəkdir./İslaminSesi