Böyük Britaniyada ən böyük İslam sənayesi sərgisi keçiriləcək
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
Dünyanın bir neçə böyük şirkəti İngiltərənin Mançestr şəhərindən İslam məhsullarının sərgisini təşkil edəcəklər.
Sərginin təşkilatçılarının verdiyi məlumata
görə, gələn həftənin şənbə və bazar günləri
İslam sənaye sərgisi Mançestr şəhərində öz fəsaliyyətinə başlayacaq.
Sərgidə dünyanın müxtəlif ölkələrindən o
cümlədən ABŞ, Almaniya, Avstraliya, Avstriya, Malayziya, İndoneziya, Hindistan
və Birləşmiş Ərəb Əmirliklərindən 10 minlərə insan iştirak etməsi gözlənilir.
2014-cü ildə müsəlman bazarlarının gəliri
1.8 trilyon dollar olub. Bu rəqəmin 2020-ci ildə 2.6 trilyon dollara çatması
gözlənilir.
Sərginin keçirilməsindən məqsəd İslami həyat tərzi və dəyərlərini müasir üslüblardan istifadə etməklə insanlara
çatdırmaqdır./ Maide