İŞİD Kərkükə hücum etdi, 4 iranlı texnik öldürüldü - Foto
Posted on : Digər sahələr 10/16/2017 1:00:17 PM
Terror təşkilatı İŞİD-in Kərkükdəki üzvləri şəhər mərkəzindəki təhlükəsizlik qüvvələrinə aid binalara hücum edib. Ardıcıl hücumlar nəticəsində şəhərdə küçəyə çıxmağa qadağa qoyulub.
Digər tərəfdən
Kərkükün şimalında yerləşən bölgədə elektrik stansiyasına hücum edən İŞİD
terrorçuları 12 iraqlı və 4 iranlı texniki öldürüb. Bu barədə Kərkük şəhərinin
bölgə üzrə nümayəndəsi məlumat verib.
Bu gün səhər
saatlarında İŞİD terrorçularının Kərkükdə yerləşən elektrik stansiyasına hücumu
nəticəsində 16 nəfər həyatını itirib.
Kərkük şəhər
polisindən verilən açıqlamada bildirilib ki,
qısa zamanda şəhərdə təhlükəsizlik tam təmin olunacaq.
Qeyd edək ki,
qarşıdurmalar nəticəsində 4 İŞİD terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
/(Presstv)