header

 Üç qonşu dövlət koalisiyasının yaranmasında Azərbaycanın rolu

Vüsal Hətəmov: “Artıq neçə ildir ki, Dünya böyük bir müharibəyə hamilədir”

Kremlin baş siyasi icmalçısı və Rusiyanın ən məşhur ideoloqlarından biri olan Aleksandr Duqin Azərbaycanın Dövlət  Müstəqilliyinin 25 illiyi münasibəti ilə yeni məqalə dərc edib.  Məqalədə ideoloq bir sıra ciddi məqamlara və maraqlı mətləblərə toxunub. Eyni zamanda Duqin böyük səs-küyə və marağa səbəb olacaq təkliflə də, çıxış edib.  O bildirib ki, bu gün həm Rusiya, həm Azərbaycan, həm Türkiyə, həm də İran hər şeyə sahib ölkələrdir:  “Əgər Azərbaycan prezidenti İlham Əliyev Rusiya, İran və Türkiyə arasında üçtərəfli münasibətlərin qurulmasında vasitəçi kimi çıxış etsə və Avrasiya Strateji Tərəfdaşlığı koalisiyasının yaranmasına səy göstərsə, o zaman ölkəsinin müstəqilliyini tam təmin edəcək. Eyni zamanda mənəvi lider olmaq şansı da qazanacaq.  Çünki məhz bu dövlətlər Azərbaycanın müstəqilliyinin qarantıdır. Məhz Azərbaycan regionda geosiyasi mövqeyi əlverişli olan bir ölkə kimi, Rusiya, Türkiyə və İran arasında üçtərəfli münasibətlərin yaranmasında əhəmiyyətli rol oynaya bilər”.    

 

Mövzu ilə əlaqədar İslaminsesi.az saytının suallarını cavabalandıran  şərqşünas-politoloq Vüsal Hətəmov bildirib ki, İkinci hərbi-siyasi qütbün rəsmiləşməsi labüddür.

 

Əslində, qeyri-rəsmi şəkildə olsa da, Rusiya, İran Çin və hətta son zamanlarda Türkiyə də daxil olmaqla belə bir blok yaranıb. Bunun rəsmiləşməsi isə Rusiya, İran, Türkiyənin – hər 3 dövlətin siyasi iradələrindən aıslıdır. İstəsələr regionda belə bir müdafiə sistemini yarada bilərlər.

 

 –Bu birliyin yaranmasına nə dərəcədə ehtiyac var?

 

– Axı niyə də olmasın ki? Atlantik boyunca yerləşən o taylı, bu taylı dövlətlərin hamısı birləşib və bir hərbi blok – NATO-nu yaradıb. NATO dövlətləri özlərinin müdafiəsini artıq kənarda, uzaqlarda axtarır. Məsələn, fikirlərşir ki, Rusiya, Türkiyə, İran, Çin onlar üçün gələcəkdə problem ola bilər. Yaxın Şərq, Ukrayna, Qarabağ münaqişələri bu planın tərkib hissəsidir. Rusiya da Türkiyə də, İran da yaxşı anlayır ki, sabah növbə onlarındır. Odur ki regionda böyük bir hərbi blokun yaranması labüddür.

 

– Blok yarandıqdan sonra inkişaf edəcəyi gözlənilirmi?

 

–  Bu blokun perspektivi odur ki, Yaponiyadan tutmuş Afrika dövlətlərinə qədər gələcəkdə uzana bilər. Yalnız bu zaman dünyada riyakar sülh yarana bilər. Mən niyə riyakar deyirəm, çünki dünya dövlətləri arasında tarixən səmimi sülh olmayıb, həmişə ya qorxudan, ya da ki, zərurətdən sülh içində yaşayıb, imkan olan kimi isə döyüşüblər. Hazırda da Qərb dünyası özünü hegemon hesab etdiyi üçün istənilən dövlətlərə hərbi-siyasi təzyiqlər edirlər. Amma ikinci Qütb yaransa, yəni dünya birqütblü vəziyyətdən ikiqütblü vəziyyətə keçsə, müharibə variantı keçərli olmayacaq. Çünki hansısa böyük müharibə artıq nüvə müharibəsi olacaq. Bu isə bəşəriyyətin sonu deməkdir.  Yenə deyirəm, əgər bu tip blok yaranmasa, 3-cü dünya müharibəsinin sancıları artıq dözülməz olacaq. Artıq neçə ildir ki, Dünya böyük bir müharibəyə hamilədir.

 

–Blok yaranarsa, dominant olacaqmı?  Misal üçün NATO-da  danılmaz faktdır ki, əsas söz ABŞ-dadır

 

–Burada  məsələ bir qədər fərqli ola bilər. Türkiyə və İran iqtisadi mədəni inkişaf templərini artırsalar, təbii ki, tam bərabərhüquqlu qurum olacaq. Əslində, dominantlıq bəzi hallarda təbiidir. Misal üçün, Avropanın ən güclü dövləti hesab edilən İngiltərə ABŞ-ın ən geri qalmış ştatından da geridədir. Loru dildə desək, onda xeyir olsun ki, NATO-da söz sahibi ABŞ olmasın?! Burada da müsəlman dövlətləri güclü olsalar ikinci təbəqəyə çevrilməzlər.

 

– Bəzi ekspertlər vurğulayır ki, Türkiyə ilə İran özləri tarixdə bir çox hallarda düşmən olub, onlar necə bir arada ola bilərlər.

 

–Yox məsələ heç də elə deyil. Türkiyə ilə İran ərazisində olan tarixi dövlətlərin keçmişinə baxdıqda, bu dövlətlər arasında olan müharibələr, əsasən, ərazi davası olmayıb, bir-birindən çəkindikləri üçün bir-birinə hücum ediblər. Tarixdə o qədər olub ki, hər iki ərazidə yerləşən dövlətlər bir-biri ilə qardaş kimi olublar. Misal üçün Səfəvi şahı İsmayıl, Osmanlı sultanı ikinci Bəyazidə ata deyə müraciət edirdi. Və qaniçən Səlim hakimiyyətə gəlmiyincə  hər iki dövlət barışıq içərisində idi.

 

– Deyirsiniz ki, blokun sözügedən regionda yaranması sırf real və ən optimal variantdır.  Doğrudanmı,  Azərbaycan bu parametrlərə cavab verir?

 

3 böyük qonşu dövlətimizin içərisində yeganə dövlətik ki, hamısı ilə bir ortaq cəhətimiz var. Türkiyə ilə qan bir, din bir, İran ilə din bir, əhalisinin böyük hissəsi ilə eyni millət və demək olar ki, eyni mədəniyyəti bölüşürük. Rusiya ilə də son 200 ildə mədəni və tarixi cəhətdən bir çox müştərəkliyə malikik. Son 100 ili isə ən çox qaynayıb-qarışdığımız dövlət olub.

 

Azərbaycan bu 3 dövlət içərisində hər üçü ilə problemi olmayan və eyni zamanda hər üç dövlət tərəfindən özünün tarixi payı hesab edilən bir dövlətdir. İran da, Rusiya da, bəzi hallarda Türkiyə də bizi ya tamamilə, ya da ki qismən öz torpaqları bilir. Düzdür, hazırda heç bir qonşumuz bizə qarşı bu iddiada deyil. Buna səbəb bizim müstəqil olmamızdır. Çox şükrlər olsun ki, tarixi bir şərait yarandı, dövlətimiz öz müstəqilliyini əldə etdi. Və şükrlər ki, bu müstəqillik 25 ildir davam edir. Lakin əfsus ki, bir çox məsələlərdə müstəqilliyimiz nisbidir. Iqtisadi cəhətdən, hərbi cəhətdən, həmçinin asılı olduğumuz energetika sahəsinin əsas elementi olan neftin ixracatı cəhətdən demək olar ki, böyük dövlətlərdən asılıyıq. Bu isə bizi Blokda ikinci dərəcəli edə bilər. Lakin hər cəhətdən inkişaf etsək, təbii ki, biz də özü sözümüzü deyə və mənfur Ermənistan dövlətimizdən tarixi torpaqlarımızı geri ala bilərik.  

Vüsal Hətəmov: “Artıq neçə ildir ki, Dünya böyük bir müharibəyə hamilədir”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap