header

 Corc Buşdan başlayaraq, Kemeron, Sarkozi və qərbli məsul şəxslər mühakimə olunmalıdır - Bəşər Əsəd

"Öz ölkəni qoruyarkən, sən, müharibəni qazanacağına əmin olmalısan. Bu inam olmadan sən mütləq uduzacaqsan" - Bəşər Əsəd

SRF 1 isveçrə telekanalına müsahibəsində Suriya Ərəb Respublikasının prezident Bəşşar Əl-Əsəd, hökumət və ordunun Suriyanı ölkəyə xarici muzdlular kimi soxulan terrorçulardan müdafiə etdiyini bildirib.

 

O, İraqa BMT TŞ-nin razılığı olmadan soxulan Corc Buşdan başlayaraq, sonra Liviyanı dağıdan Kemeron və Sarkozi və ta o Qərb xadimlərinə kimi ki, onlar 5,5 il ərzində nəticədə minlərlə suriyalı vətəndaşın həlaklarına səbəb olduğu Suriyadakı terrorçuları dəstəkləyən qərbli məsul şəxslərin hərbi cinayətkar kimi məhkəməyə verilməli olduğunu qeyd edib.

 

Bəşər Əsəd onun üçün mühüm əhəmiyyət kəsb edənlərin Suriya xalqının fikri və Suriyanın dostlarının - İran, Rusiya, Çin və dünyanın digər ölkələrin olduğunu bildirib, nəinki, öz əsl məqsədlərini gizlətmək: yararsız hökümətləri devirmək və sonradan onları özlərinin maraqlarının bələdçisi olan marionetlərlə əvəz etmək üçün yararsz prezidentlərdən qurtulmaq üçün şəxsi haqq-hesab aparmağa çalışan Qərbin fikri.

 

"Suriyalılar vətəni bir neçə səbəbdən tərk edirlər: birincisi - terrorçuları birbaşa cinayətləri; ikincisi -  onların ölkədə həyatı iflic etməyə - məktəblərə, xəstəxanalara və onun (vətənin) infrastrukturunun dağıdılmasına hücuma yönəlmiş hərəkətləri; üçüncüsü - Qərbə bağlanan (əlaqəli) blokada, hansı ki, mövcu olmaq üçün suriyalıları ölkə xaricində vasitə axtarmağa itələyir. Terrorçuların və Qərbin rolu Suriyalıların həyat səviyyəsinin partladılmasından ibarətdir.

 

Əl-Əsədin sözlərinə görə, bütün silah daşıyan və insanları öldürən, cinayət edən, dövlət institutlarını dağıdan, dövlət və xüsusi mülkiyyəti məhv edənlər terrorçulardır, öz siyasi kursunu aparanlar və dəyişiklik istəyənlər isə gedənlər müxalifətçilərdir. Silah daşıyan və insanları öldürən insanları müxalifətçi adlandırmaq mümkün deyil.

 

"Suriyada azad müxalifət mövcuddur və məhz o, Ssuriya xalqının bir hissəsidir, Fransa, Böyük Britaniya, Səudiyyə Ərəbistanı və Türkiyədəki kimi başqa ölkələrdə yaradılanlar deyil".

 

Hələbdəki vəziyyətə toxunaraq, Əsəd bildirib ki, Qətər, Türkiyə və Səudiyyə Ərəbistanı terrorçuları maliyyələşdir, onlara logistik dəstək verir, Qərb isə onları silahlandırır və informasiya himayəsini təmin edirdi.

 

"Biz dinc vətəndaşları necə qoruya bilərik ki, onlar indiyədək terrorçuların nəzarəti altındadır onların əllərilə qətllərə məruz qalırlar? - Suriya dövlətinin rolu oturub əllərini sallayıb cinayətləri müşahidə etmək deyil, terrorçulara hücum etməkdir. Yalnız bu yolla Suriya xalqını qorumaq olar".

 

İndi qərbli məsul şəxslər Hələb şəhərində uşaqlar haqqında danışmağa başladılar, çünki terrorçular çətin vəziyyətdə qalıb, belə ki Suriya ordusu doğru irəliləyir, amma qərb ölkələri, xüsusilə də ABŞ və onun müttəfiqləri - Böyük Britaniya və Fransa - hiss edirlər ki, Suriyada son şanslarını uduzurlar.

 

"Əl-Qaidə", "Ən-Nusra Cəbhəsi" və "İŞİD" terror təşkilatı dialoqa hazır deyil, onlarla siyasi həll tapmaq mümkün deyil, ancaq tam məhv edilməyə qədər mübarizə aparmaq lazımdır. Dialoqu yalnız siyasi qruplarla və ayrı-ayrılıqda ölkədə sabitlik və təhlükəsizliyə nail olmaq üçün silahı yerə qoymağa hazır olan hər silahlı ilə aparmaq olar.

 

Suriya prezidenti ölkədə terrorizm üzərində qələbə çalacaqlarına əminliyini bildirib.

 

"Öz ölkəni qoruyarkən, sən müharibəni qazanacağına əmin olmalısan. Bu inam olmadan sən mütləq uduzacaqsan"./ İslaminSesi

"Öz ölkəni qoruyarkən, sən, müharibəni qazanacağına əmin olmalısan. Bu inam olmadan sən mütləq uduzacaqsan" - Bəşər Əsəd
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap