header

 Nəsə atdılar, partladı, tüstü qalxdı - "Nardaran işi" davam etdirilir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Abbas Hüseynov çıxış edərək beş gündür cərimə təcridxanasında saxlandığını, bunun səbəbini bilmədiyini deyib.

 

Daha sonra iclasda şahid qismində hazırda həbsdə olan Rasim Bünyatov ifadə verib.

 

O bildirib ki, çörək alıb evə qayıdan zaman polislərin Əbülfəz Bünyatovun evinə daxil olduqlarını görüb: "Onlar güllə atırdılar. Nəsə atdılar, partladı, tüstü qalxdı. Sonra bizi tutub Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər".

 

R. Bünyatov ibtidai istintaq zamanı verdiyi ifadədən imtina edib.

 

Daha sonra iclasda şahid, hazırda həbsdə olan Ürfan Nəbizadə ifadə verib. O, da istintaq zamanı verdiyi ifadədən imtina edib.

 

Ü. Nəbizadə vəkillərin suallarına cavab olaraq deyib ki, polislər onun evinə axtarışa gələn zaman hər hansı sənəd təqdim etməyiblər. Axtarış zamanı evindən aşkar olunan qumbara və güllələrin silah-sursatın da ona məxsus olmadığını deyib.

 

Sonra vəkil Yalçın İmanov hadisə zamanı yaralanan Bəhruz Quliyev, Şamil Abduləliyev və digərlərinin xəstəxanaya qəsəbə sakinləri tərəfindən aparıldığını deyib və bunu sübut edən fotoşəkli məhkəməyə təqdim edib. O, şəklin cinayət işinin materiallarına əlavə edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

 

Daha sonra vəkil Fariz Namazlı işdə zərərçəkmiş kimi tanınan polis əməkdaşlarının zərərçəkmiş statusuna xitam verilməsini istəyib. Hakim bildirib ki, məhkəmə vəsatəti müzakirə edəcək.

 

Proses günün ikinci yarısında davam edəcək./Faktxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap