header

 Suriyada növbəti faciə: Koalisiya qırıcıları dinc sakinlərin ölümünə səbəb oldu

Hadisə Hələb əyalətində baş verib.

Rus mediasına istinadən, Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin  məlumat bülletenində deyilir ki, Suriyanın Həssəcək rayonunda endirilmiş zərbə nəticəsində 6 nəfər həyatını itirib, daha 4 nəfər isə yaralanıb. Adıçəkilən ərazidə Belçikaya məxsus 2 ədəd F-16 qırıcısı qeydə alınıb.

 

Hələb əyalətinin Afrin şəhərinin yerli şurasının nümayəndələrindən Rusiya Mərkəzinə daxil olmuş məlumata əsasən, oktyabr ayının 18-i təxminən gecə saat 03:00 radələrində Həssəcək kəndinə hava zərbəsi endirilib.

 

"Bombardman nəticəsində iki yaşayış binası dağılıb, 6 nəfər həlak olub, daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Rusiya HKQ təyyarələri və ya Suriya HHQ adıçəkilən ərazidə olmayıblar. Oktyabr ayının 18-i Həssəcək kəndi ərazisində beynəlxalq koalisiyanın təyyarələri əməliyyat keçirib. Həmin vaxt hava şəraitinə (vəziyyətinə) nəzarət vasitələri tərəfindən adıçəkilən ərazidə Belçika Krallığı HHQ-sinə məxsus 2 F-16 qırıcısı qeydə alınıb.", - deyə Rusiya Müdafiə Nazirliyinin saytında yerləşdirilmiş sənəddə deyilib./islamazeri

Hadisə Hələb əyalətində baş verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap