header

 Allahşükür Paşazadənin anti-Hüseyn sözlərinin cavabı

təqlid mərcələri cavab verirlər ki, "imam Hüseynə əzadarlıq və hüseynçi dəstələr təşkil etmək hüseynçi şəairi əzəmətləndirməkdir və heç növlə geri çəkilmək olamz. Bu yolda qanınızı versəniz də. Hüseynçi şəairi zəifləndirmək Xatəmənnəbiyyinin belini sındırar"

 

Son vaxtlar saray axundu və Qafqaz müsəlmanlarının sədrliyini daşıyan Allahşükür  Paşazadə Azərbaycan respublikasının dövləti ilə səsləşərək hüseynçi şəairi solğun göstərmək üçün bildirmişdir ki, Azərbaycan respublikasının şiələri yalnız məscid daxilində əzadarlıq edib hüseynçi dəstələri yola salmasınlar.

Ekspertlər dəfələrlə bu müxalifətlərin səbəbini araşdırsalar da saray axundu bilməlidir ki:

1- Imam Hüseyn əzadarlığı ilə əlaqədar hədislərdən və əimmələrin (ə) davranışından belə bir qənaətə gəlmək olar ki, Hüseyn əzadarlığı Aşura məktəbindən nəşət alan şikayət, bağırtı, həyəcan, ağlamaq və inildəməklə yanaşı olmalıdır. Məlumdur ki, məntiqi və ənənəyə uyğun qara geymək, sinə və zəncir dəstələr təşkil etmək, islamın təhqirinə və bədənin zərərinə olmamaq şərtilə əza məclislərinin əzəmətli və qaynar keçməsində müsbət rol oynayır və onu inkar etmək olmaz.

2- Şübhəsiz hüseynçi şəairi əzəmətləndirmək ilahi şəairi əzəmətləndirməkdir. Quranda və məsumların rəvayətlərində ilahi şəairin əzəmətləndirilməsi vurğulandığına görə küçələrdə əzəmətli əza dəstələri təşkil etmək və imam Hüseynə məhəbbət göstərmək Allah-Taalanın və Əimmə-Hüdanın əmrlərinə əməl etməkdir. Buna görədir ki, bəzi ölkələrin, o cümlədən Azərbaycan respublikasının şiələri təqlid mərcələrindən əzadarlıq və əzadəstələri ilə müxalifətə dair vəzifələrinin nə olduğunu soruşduqda onlar cavab verirlər ki, "imam Hüseynə əzadarlıq və hüseynçi dəstələr təşkil etmək hüseynçi şəairi əzəmətləndirməkdir və heç növlə geri çəkilmək olamz. Bu yolda qanınızı versəniz də. Hüseynçi şəairi zəifləndirmək Xatəmənnəbiyyinin belini sındırar".

3-   Azəri şiələri tarix boyu sübut etmişlər ki, heç bir hilə və plan onların əhlibeytə və xüsusilə imam Hüseynə vurğunluğuna mane ola bilməz. Bu, kommunizmin hakimiyyəti dövründə də dəfələrlə sübuta yetişmişdir. Hazırkı şıraitdə də dünyanın ucqar nöqtələrində yaşayan azərilər öz əzəmətli yığıncaqları ilə bunu sübut edirlər. Ümid edirik ki, bu saray axundu öz dünyasını təmin etmək üçün imam Hüseynə qarşı müharibəyə getməyəcək və imam Hüseyn nurunu söndürməyə çalışanların taleyindən ibrət alacaqdır.

 

təqlid mərcələri cavab verirlər ki, "imam Hüseynə əzadarlıq və hüseynçi dəstələr təşkil etmək hüseynçi şəairi əzəmətləndirməkdir və heç növlə geri çəkilmək olamz. Bu yolda qanınızı versəniz də. Hüseynçi şəairi zəifləndirmək Xatəmənnəbiyyinin belini sındırar"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:16 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap