header

 Nardaran xanımlarından onları təhqir edənlərə sərt etiraz

“Nə cürətlə bizim xanımlar barəsində belə ləyaqətsiz ifadələr işlədilir?”

“Nardaranda evlərdə zalımlar üçün açılan Quranlar hələ də açıqdır. Zalımları Allaha tapşırırıq!”

 

Nardaranın hicablı xanımları Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Elnur Şərifovun onların barəsində dediklərinə (“Nardarana niyə getmişdin, orada başını bağlayıb min oyundan çıxan qadınlara görə?”) kəskin şəkildə etiraz ediblər. Onlar bununla əlaqədar etiraz bəyanatı yayıblar. Eyni zamanda, ötən il noyabrın 26-da Nardaranda əməliyyat nəticəsində həbs olunanların işinə baxan hakim Əlövsət Abbasova da məktub göndəriblər.

 

Nardaran xanımları bəyanatda və məktubda yazır:

 

“Nardaran qadınlarına, Həzrəti Fatimənin çadırasını gəzdirən qadınlara atılan iftiralar Azərbaycan anasına, qadınına, qızına atılır. Biz hələ bu vaxta qədər şahid olmamışıq ki, Azərbaycan kanallarında, mətbuatında erməni xanımlarına qarşı belə ifadələr işlədilsin. Nardaran Azərbaycanın bir bölgəsidir. Burada yaşayanlar Azərbaycan qızı, anasıdır. Nə cürətlə bizim kəndin xanımları barəsində belə ləyaqətsiz ifadələr işlədilir?! O ki qaldı Nardaranın xanımlarına, bizim kişilər xanımlarına o qədər etibar edirlər ki, bir parça çörək üçün illərlə gedib Rusiyada qalırlar. Nardaranda kişi evdən gedəndə xanım əxlaqsızlıq edib evə yad kişi salmır. Nardaranda qızların arxasınca gəzmək üçün maşınlar gəlmir.

 

Nardaran elə bir məkandır ki, oranın mağazalarında spirtli içki olmur. Hər bir azərbaycanlı kimi, bizim də xəmirimiz halallıqla yoğrulub. Nardaranda terrorçu heç cür ola bilməz. Barmaqlıqlar arasında olanlardan hansı terrorçuya, qaniçənə oxşayır? Terrorçuya ən çox onların üzünə duran polislər oxşayır. Onlar ləyaqətli polislərin adına ləkədir. Biz bu şəraitə ona görə dözürük ki, bilirik, Allah böyükdür. Nardaran hadisələrindən sonra Allahın çox möcüzəsinə şahid olmuşuq. Bilirik ki, gec də olsa, haqq öz yerini tapacaq. 26 noyabr hadisəsini törədənlərə, haqqı tapdalayanlara demək istəyirik ki, Nardaranda evlərdə zalımlar üçün açılan Quranlar hələ də açıqdır. Onları Allaha tapşırırıq! Biz zalımları Allaha tapşırırq!”

“Nə cürətlə bizim xanımlar barəsində belə ləyaqətsiz ifadələr işlədilir?”
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap