header

 Ruhaninin İranda yeni dərs ilinin başlanması mərasimində çıxışı

İran İslam Respublikası prezidenti deyib: Yeni dərs ilinin başlanması məktəblilər, tələbələr, müəllimlər, ailələr və ölkənin gələcəyi və inkişafı ardınca olan bütün kəslər üçün son dərəcə mühüm bir gündür.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün yeni dərs ilinin başlanması mərasimində məktəbliləri İranın gələcəyinin qurucuları adlandırıb və bildirib ki, əgər məktəb, ictimaiyyət, dövlət və ailə bir-birilərinin kənarında olarlarsa, İranın gələcəyi ən yaxşı formada qurulacaqdır.

 

Ruhani sonra region və dünyanın ən böyük problemini kobudluq adlandırıb və belə deyib: İranın qonşuluğunda yerləşən İraq, Suriya və Yəməndə məktəblər və dərs otaqları dağıdılıb və məktəblilər qanlarına qəltan ediliblər.

 

İranın icra hakimiyyətinin başçısı əlavə edib: Bu gün belə bir məsələyə aydınlıq gətirməliyik: Zorakılığı və təhdidi ictimai mühitdən, gənclərdən, yeniyetmələrdən, region və dünyanın gələcəyindən necə uzaqlaşdırmaq olar?

 

Ruhani yeniyetmələri təhsil və məktəbdən məhrum və işləməyə məcbur etmək, eləcə də dini və islami əxlaq çərçivəsindən kənar rəftarı bir növ zorakılıq adlandırıb.

 

İran İslam Respublikası prezidenti söyləyib: İran dövləti cari ildə neftin dünya qiymətinin azalmasına rəğmən, öz ehtiyatlarından istifadə etmədən və cəmiyyətin birliyi sayəsində öz ayaqları üzərində dayana bildi.

İran İslam Respublikası prezidenti deyib: Yeni dərs ilinin başlanması məktəblilər, tələbələr, müəllimlər, ailələr və ölkənin gələcəyi və inkişafı ardınca olan bütün kəslər üçün son dərəcə mühüm bir gündür.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap