header

 Bir gününüzü dəyişməklə bütün həyatınızı dəyişəcəksiz - Möhtəşəm həyat proqramı

Həyatımızı dəyişmək üçün ilk öncə haradan başlayaq? Bu suala Time qəzeti cavab axtarıb. İslaminSesi bildirir ki, Time qəzetinin bu sualını yazar Nela Kanoviç cavablandırıb.

Gün ərzində beynimizi ən yaxşı halda günə necə fokuslaya bilərik?

 

İlk öncə yuxudan qalxan kimi telefonu götürərək gündəlik xəbərlərə və maillərə baxmaq əvəzinə, həmin günü ən yaxşı halda necə başlamaq haqqında beyin fırtınası etmək lazımdır. Bəs, şüurumuzu necə proqramlayaq ki, o bizə mənfi nələrinsə yerinə müsbət motivasiya pıçıldasın? Yuxudan ayılmaq, dərin bir nəfəs almaq rutin gündəlik qayğılara başlamazdan əvvəl sizi sakitləşdirən və ya motivasiya edəcək (bu yoqa, namaz və və ya dua ola bilər) hərəkətlər edə bilərsiniz. Bütün bunlar sizi günə optimist başlamağa və məqsədinizə daha yaxşı çatmağa yönləndirər.

 

Bəs,  həyatımızı daha maraqlı hala necə gətirə bilərik?

 

Yuxudan qalxan kimi ilk beş dəqiqədə özümə verdiyim ilk sual budur: Bu gün edəcəyim ən vacib iş nədir?

 

Bəs bu cür sualla günə başlamaq insana nələr vəd edir? 

 

Bu məni günün reallığına qaytarır. Mən bu sualı verərkən ilk öncə günün ən vacib işini özümə vurğulamış oluram. Bu məni öz məqsədlərimə çatmağa istiqamətləndirir.  Bu cür istiqamətləndirmə məni həmin işin qarşısında borclu vəziyyətinə salır. Bundan əlavə vacib məsələnin günün başlanğıcında xatırladılması mənə vacib məqsədimi və uğrunda mübarizə apardığımı yadıma salmış olur. Bu məqsədi xatırlatmaq məni digər faktorlardan yayındırmış olur. 

 

O faktorlar ki, insanın fikrini yayındırır və öz məqsədindən uzaqlaşdırır. Əsas işə fokuslanandan sonra mən onu dərhal edər və günün ikinci yarısı yardımçı işlərin ardınca getməyə və dincəlməyə də vaxt tapa bilirəm. Bu ən ümdəsi əla planlaşdırılmış gün mənasına gəlir.

 

Günə bu şəkildə başlaya bilərsiniz: Özünüzə böyük bir ağ vərəq götürün və iri hərflərlə məşğul olmanız gərəkən işi markerlə yazın. Onu rahat görə biləcəyiniz yerlərdən asın. Bu qonaq otağı və ya iş otağınız ola bilər. Sonra ona diqqət yetirin. Məsələn, paltarlarınızı geyinəndə onu uca səslə özünüz üçün tələffüz edin. Yadınızda saxlayın bir çox insanların beyni səhərin  ilk dəqiqələrdə və ya ilk saatlarda analitik tərzdə işləyir. Bu isə yeni ideyalar verə bilər. 

 

Həyatımızı dəyişmək üçün ilk öncə haradan başlayaq? Bu suala Time qəzeti cavab axtarıb. İslaminSesi bildirir ki, Time qəzetinin bu sualını yazar Nela Kanoviç cavablandırıb.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap