header

 General Səlami: Sepah-ın milli təhlükəsizliyin təmini üzrə gördüyü tədbirlər təhrikedici deyil

Bütün dünyaya elan edirik ki, öz quru, dəniz və hava sərhədlərimizi qorumaq, milli təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün tədbirləri görürük.

İran İslam İnqilabı Keşikçiləri Korpusu "Sepah"ın baş komandan əvəzi deyib: Bütün dünyaya elan edirik ki, öz quru, dəniz və hava sərhədlərimizi qorumaq, milli təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün tədbirləri görürük. Amma, bu tədbirlər təhrikedici deyil.

 

İRİB-nin verdiyi məlumata görə, general Hüseyn Səlami bazar günü qonağı olduğu İranın Xəbər Telekanalında deyib: Müdafiə bizim işimizin mahiyyətidir və Sepah qüvvələri Fars Körfəzində, Hörmöz boğazında və Oman dənizindəki bütün gəmilərin hərəkətini izləməlidir.

 

O əlavə edib: İranın önləyicilik qüdrəti elə bir səviyyədədir ki, düşmənlər xüsusi ilə də Amerika daim bu məsələyə ehtiyat və ehtiram, qorxu və iztirab ilə yanaşır.

 

General Səlami həmçinin deyib: Amerikalılar və sionistlər ötən 38 ildə 14 müsəlman ölkəsinə hücum edib və regionda 12 müharibə başladıblar. Əgər bizim önləyici qüdrətimiz olmasaydı, amerikalılar bizimlə bu cürə rəftar etməzdilər.

 

Sepah-ın baş komoandan əvəzi əlavə edib: Əgər müdafiə qüdrətimiz olmasaydı, amerikalılar nüvə məsələsində hərbi seçimi buraxıb, masa arxasına əyləşməzdilər.

 

General Səlami daha sonra deyib: İstənilən zamanda, istənilən məkanda, istənilən səviyyədə, istənilən dağıdıcılıq qüdrəti ilə düşmənin təhdidlərini cavablandıra, mənafeyini hədəfə ala bilərik.

 

Sepah-ın baş komandan əvəzi düşmənin İranın müdafiə potensialından xəbərdar olduğunu deyərək, əlavə edib: Düşmənin hesablamalarının yanlış olmaması üçün, mümkün olduğu qədər müdafiə qüdrətinin bəzi nümunələrini nümayiş etdiririk, Əlbəttə, bizim müdafiə qüdrətimizin görünməyən cəhəti daim görünən cəhətindən xeyli çoxdur.

 

General Səlami əlavə edib: Qüdrətimizi o qədər artırmışıq ki, düşmənləri önləməyi bacarmışıq. İndi onlar yaxşı bilirlər ki, bundan sonra bu həqiqət ilə yaşamağa məhkumdurlar.

 

Sepah-ın baş komandan əvəzi İslam İnqilabının Böyük Rəhbərini, xalqı və imanı İranın ən mühüm qüdrət dayaqları adlandırıb və deyib: Bu dayaqların bir-birinə bağlı olduğu zamana kimi İranı heç bir təhlükə gözləmir.

Bütün dünyaya elan edirik ki, öz quru, dəniz və hava sərhədlərimizi qorumaq, milli təhlükəsizliyi təmin etmək üçün lazım olan bütün tədbirləri görürük.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap