Qədir-Xum bayramının bəyənilən əməlləri hansılardı?
Posted on : Digər sahələr 10/16/2017 1:00:15 PM
Sabah zilhiccə ayının 18-də İslam dünyasının ən əhəmiyyətli bayramlarından olan Qədir-Xum bayramıdır.
Məhz bu gün, hicrətin 10-cu ilində Həzrət Məhəmməd Peyğəmbər (s)
Allahın buyuruğuna müvafiq olaraq Həzrət Əlini (ə) canişini təyin edib və
müsəlmanların imamı olduğunu elan edib.
Məsumlarımız bu günə xüsusi əhəmiyyət verərək buyurublar ki,
Qədir-Xum günündə qüsl almaq, təzə libaslar geyinmək, ətir vurmaq da çox
bəyənilən işdir. Bir-biri ilə görüşən zaman bu duanı oxumağın böyük savabı var:
“Əlhəmdu lillahilləzi cəələna minəl-mutəməssikinə bi-vilayəti Əmiril-mumininə
vəl-əimməti əleyhimus-səlam” (Tərc: "Həmd olsun Allaha ki, bizi
Əmirəl-mömininin və imamların vəlayətinə bağlananlardan etdi”).
Həzrət İmam Sadiq (ə) Qədir-Xum gününün orucunu altmış mübarək ayın
orucuna bərabət hesab edib. “Məfatihul-cinan” kitabında Qədir-Xum gününün
orucunun 60 illik günahları sildiyi, bir ömürlük oruca, 100 həccə və 100 ümrəyə
bərabər olduğunu yazıb.
Bu gün İmam Əlinin (ə) məzarını ziyarət etməyin hədsiz savabı var.
İmamlar öz səhabələrinə tövsiyə edirdilər ki, imkan daxilində Qədir günündə
özlərini Nəcəfə yetirib Həzrət Əlinin (ə) məzarını ziyarət etsinlər. Əlbəttə,
buna imkanı olmayanlar ziyarətnaməni uzaqdan da oxuya bilərlər. Xüsusilə, dua
kitablarında qeyd edilən “Əminallah” ziyarətini vətəndə də oxumaq olar.
Təsadüfi deyil ki, xalq arasında Qədir-Xum gününə seyidlərin bayramı
deyirlər. Bu gündə seyidləri təbrik etmək, onlara kiçik də olsa hədiyyə almaq,
ümumiyyətlə bir-birinin görüşünə getmək, möminlərin qəlbini sevindirmək tövsiyə
edilib./salamnews