header

 Qədir, Peyğəmbərin Al-Səud və Əl-Bağdadilərin qarşısında tarixi tədbiri idi

Hövzə və universitet ustadı: Qədir, Peyğəmbərin Al-Səud və Əl-Bağdadilərin qarşısında tarixi tədbiri idi. Birinci hissə

vahabilik müxtəlif yollarla imamətin rolu və pak əimmələrin rəhbərliyini aradan aparmaq, ilahi vilayəti adi hal kimi qiymətləndirmək və Üməvi xilafəti vasitəsilə əvəz etmək əzmindədir. Onlar Al-Səud və Əbubəkr Bağdadi hakimiyyətini qanuniləşdirməyə çalışırlar. Imamət və vilayət ongünlüyü münasibətilə və Qədir-Xum bayramı ərəfəsində Əlmüstəfa beynəlxalq araşdırmaların tədqiqatçısı höccətülislam Məhəmmədəli Qumidən vahabiliyin Qədir mövzusundakı şübhələrinə dair müsahibə almışıq. Hövzə və universitet ustadının müsahibəsini veririk: Vahabilərin fikrincə Peyğəmbər-Əkrəm özündən sonra xəlifə təyin etməmiş və bu işi xalqın sərəncamına vermişdir. Bu şübhənin faktiki cavabı nədir? Təəssüf ki, vahabilər müxtəlif yollarla imamətin rolunu və pak əimmələrin rəhbərliyini aradan aparmağa və ilahi vilayəti adi hal kimi qiymətləndirməyə və Üməvi xilafəti ilə əvəz etməyə və Al-Səud və Əbubəkr Bağdadi hakimiyyətini qanuniləşdirməyə çalışırlar. Bu mövzunu izah etmək üçün deməliyik ki, bununla əlaqədar birinci sual budur: görəsən Peyğəmbər özündən sonra xilafət haqqındakı ixtilaf və hadisələri bilirdi, yoxsa bilmirdi? Bu haqda Quran-Kərim açıqlayır ki, Allahın peyğəmbərləri qeybi bilirdilərI. Allah Cin surəsinin 26 və 27-ci ayələrində deyir: "O, qeybi biləndir və heç kimə onun sirlərini bildirməz. Seçdiyi peyğəmbərlərdən başqa. O peyğəmbərlərə öndən və arxadan gözətçi təyin etmişdir". Bu ayədə vurğulanmışdır ki, qeybə aid bütün elmlər Allaha məxsusdur. Lakin mərhəmət göstərdiyi adama da verir. Rəvayətlərdən də belə bir qənaətə gəlmək olur ki, Peyğəmbər xilafət məsələsindəki bütün fitnə və çarpışmaları bilirmiş. O cümlədən bir rəvayətdə deyir: mənim ümmətim yetmiş üç firqəyə parçalanar. Onlardan yalnız bir firqə Behiştə, yetmiş ikisi isə Cəhənnəmə gedər(İnbi-Macə sünəni, II cild, səh. 1322, Türmüzi sünəni, IV cild, səh. 134). Beləliklə Peyğəmbər (s) bu ixtilafların qarşısını almaq üçün müəyyən tədbirlər görmüşdü. Burada, Peyğəmbərin o fəsadla qarşılaşmaq üçün məsuliyyət hiss etməsi və həll yolu təyin etməsi haqda üç ehtimal vermək olar: sözün davamı ikinci hissədə...

mətim yetmiş üç firqəyə parçalanar. Onlardan yalnız bir firqə Behiştə, yetmiş ikisi isə Cəhənnəmə gedər(İnbi-Macə sünəni, II cild, səh. 1322, Türmüzi sünəni, IV cild, səh. 134). Beləliklə Peyğəmbər (s) bu ixtilafların qarşısını almaq üçün müəyyən tədbirlər görmüşdü. Burada, Peyğəmbərin o fəsadla qarşılaşmaq üçün məsuliyyət hiss etməsi və həll yolu təyin etməsi haqda üç ehtimal vermək olar: sözün davamı ikinci hissədə...
Hövzə və universitet ustadı: Qədir, Peyğəmbərin Al-Səud və Əl-Bağdadilərin qarşısında tarixi tədbiri idi. Birinci hissə
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap