header

 İranın Ərəbistanın iddialarına reaksiyası

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi İranın Yəmənə silah göndərməsi ilə bağlı Ərəbistan tərəfindən səsləndirilən iddiaları rədd edib.

İranın BMT-dəki daimi nümayəndəliyi şənbə günü bir bəyanat yayaraq, İranı Yəmənə silah göndərməkdə və Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsini pozmaqda ittiham edən Ərəbistanın iddiasını əsassız adlandırıb və Ər-Riyadın bu kimi iddialar ilə Yəməndəki cinayətlərini ört-basdır etməyə səy göstərdiyini bildirib.

 

Bəyanatın davamında deyilir: Ərəbistan bir il yarımdır ki, məntiqsiz, bərabər olmayan və geniş bir müharibəyə daxil olaraq, Yəmən xalqına qarşı inkarı mümkün olmayan cinayətlər törədir, sivil əhali, qadınlar, uşaqlar və yaşlı insanlarıqırğın edir.

 

İranın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında həmçinin deyilir: Yəmən xalqını qırğın etmək üçün onlarla milyard dollar silah və hərbi sursat satın alan Ərəbistanın silahla bağlı BMT TŞ-yə şikayət etməsi həqiqətən heyrətləndiricidir.

 

Bəyanatın sonunda deyilir: İran İslam Respublikası Yəməndə hərbi həll yolunun olmadığına inanır və daim döyüşlərin dayandırılmasını və ixtilafların müzakirə yolu ilə həll edilməsini vurğulayıb.     

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi İranın Yəmənə silah göndərməsi ilə bağlı Ərəbistan tərəfindən səsləndirilən iddiaları rədd edib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap