header

 İran səfirliyi ermənilərin yarışlarındakı məsələyə aydınlıq gətirib

İranda ermənilərin keçirilən yarışlarından sonra İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi mediyaya açıqlama verib.

Təsnim informasiya agentliyinin verdiyi məlumata görə, Açıqlamada qeyd olunur ki, “İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət edib və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”, - rəsmi bəyanatda deyilir.

 

qeyd edək ki, ermənilərin Tehranda keçirilən idman yarışlarının açılış mərasimində təşkilatçı komitənin xəbəri olmadan Ermənistandan gələn idmançıların geyimləri üzərinə qondarma DQR-nın simvolu quraşdırılmışdır.

 

Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibində muxtar vilayət olaraq SSRİ dağıldıqdan sonra müstəqillik elan etdi, ancaq heç bir ölkə, hətta Dağlıq Qarabağ vilayəti də daxil Azərbaycanın 20 faiz ərazisini işğal etmiş Ermənistan dövləti belə bu qondarma respublikanı rəsmən tanımamırlar.

İranda ermənilərin keçirilən yarışlarından sonra İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi mediyaya açıqlama verib.
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:15 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap