header

 Hökumət Referenduma repressiyalarla gedir

Absurd ssenarilər Əliyevi necə arqumentsiz qoyur?

Ölkədə olduqca rüsvayçı, eyni zamanda ziddiyyətli hadisələr baş verir. Faktiki olaraq hakimiyyət 2016-cı ildə orta əsr qaydalarını tətbiq edir. Dünya sürətlə tərəqqiyə, hüquqa, demokratiyaya doğru addımladıqca, Azərbaycan hakimiyyəti tənəzzülü, hüquqsuzluğu, avtoritarizmi çiçəkləndirməklə məşğuldu.

 

Bir tərəfdən iddia edirlər ki, Konstitusiya dəyişikliyi dövlətçiliyə xidmət edəcək, qanunun aliliyini təmin edəcək, ölkəni inkişafa aparacaq, o biri tərəfdən Konstitusiyanın maddələrini saya salmırlar, dövlətin imicini ləkələyirlər, vicdanlı insanları şərləyərək həbs edirlər.

 

Yəni, hökumət böyük həvəslə apardığı yalançı təbliğatı, əməli addımlarda təkzib edir. Bir tərəfdən Referenduma hazırlaşırlar, Referendumu izləmək üçün AŞPA-dan nümayəndə dəvət edirlər, Avropa Ittifaqı ilə birgə tədbir keçirməyi planlaşdırırlar, o biri tərəfdən də Qərb dəyərlərini, demokratiyanı, fərqli fikri baltalamaqla məşğuldular.

 

Avropa Ittifaqı-Azərbaycan üzrə dörd alt komitənin iclası sentyabr ayından dekabr ayına kimi Bakıda keçiriləcək. Artıq alt komitələrin görüşünün keçirilməsi ilə bağlı AI ilə razılıq əldə olunub. Tədbirdə ticarətdən tutumuş, insan haqları sahəsinə qədər müxtəlif mövzular müzakirə ediləcək. Azərbaycanla Avropa Ittifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanacağı da bildirilir.

 

Maraqlı burasıdır ki, Ilham Əliyev Referenduma, Avropa Ittifaqı ilə danışıqlara repressiyalrın fonunda gedir. Azərbaycanda müxalifətçilərə qarşı “Gülən əməliyyatı” başlayıb ki, bu da ölkdə və dünyada gülüş hədəfinə çevrilib. Əsl gülənçilər hakimiyyət komandasında təmsil olunduğu halda, hökumət siyasi rəqibləri “gülənçi” adıyla zərərsizləşdirmək qərarı verib. Hökumətin budəfəki repressiyası daha absurd, daha primitivdir və hər addımda ifşa olunur.

 

Dünənə qədər “ermənipərəst”, “vətən xaini” kimi damğalanan adamları, bu gün “gülənçi” kimi damğalayırlar. Bütün dünya Azərbaycanda siyasi məhbusların olduğunu təsdiq edir, hakimiyyətə bu məsələylə bağlı ciddi təzyiqlər edilir və belə bir vaxtda Ilham Əliyev növbəti repressiyalara “yaşıl işıq” yandırır.

 

Bu qədər hüquqsuzluqla, rüsvayçılıqla əhatə olunmuş hökumət Avropa Ittifaqının qarşısına hansı arqumentlə çıxacaq? Absurd repressiyalara imza atıb, Referendumu dünyaya necə qəbul etdirmək olar?

 

Hökumət açıq şəkildə mesaj verir ki, Konstitusiya dəyişiklikləri monarxiya qurmaq, fərqli fikri daha asan şəkildə əzə bilmək üçündür. Bəli, hətta mürtəce dəyişikliklər öncəsi də öz xislətlərini gizlədə bilmirlər.

 

Bütün dünya xəbərdardır ki, Əliyev rejimi AXCP-yə qarşı hər zaman amansız olub. Indi də məhz bu partiyanın üzvlərinin “gülənçi” damğası ilə zərərsizləşdirilməsi, hökumətin yenidən demokratiyadan qaçışı kimi qiymətləndiriləcək.

 

Həm də ortada fakt var ki, ilk olaraq çevriliş cəhdini pisləyən AXCP sədri olub, cəbhəçilər Türkiyə dövlətinin yanında olduğunu bəyan edib.

 

Bir daha qeyd edirik ki, bu “ssenari”ləri kim cızırsa, ilk növbədə Ilham Əliyevin əleyhinə iş aparır. Çünki, Ilham Əliyev bu qədər absurdlar fonunda arqumentsizdi. Hətta imitasiyadan da imtina edilib. Təbii ki, cəhalətə bu qədər könül vermiş hökumət Qərb institutlarından istədiyi vəsaiti ala bilməyəcək, Referendumun nəticələri legitimlik qazanmayacaq və bugünə qədər verilən vədlərə xəyanət edildiyi bir daha aydın görünəcək.

 

Bir sözlə, Ilham Əliyev Referenduma əliboş gedir, demokratik dünyanın qarşısına repressiyalarla çıxır. Bu isə dövlətin maraqlarını növbəti dəfə şəxsi maraqlara qurban etməkdir./azadlıq/

Absurd ssenarilər Əliyevi necə arqumentsiz qoyur?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap