header

 Gülüstan sarayına gülənçiləri kim yığmışdı?

Hər halda Əli Həsənovun «əndazəni aşmayın» iradı Faiq Əmirliyə şamil edilməyib

Bu hakimiyyət bütün fəaliyyətini şər-böhtan üzərində qurub. Dövlətin sərvətlərini asanlıqla talan etmək, ölkəni ata malı kimi bölə bilmək, seçkiləri rahat saxtalaşdırmaq üçün həmişə alternativlərə böhtan atıblar, fərqli fikir daşıyıcılarını ən iyrənc ittihamlarla sıradan çıxarmağa çalışıblar.

 

Amma bugünə qədər vicdanlı adamlara atılan bütün çamurlar hökumətin özünə qayıdıb. Allah ağıllarını o qədər alıb ki, indi də müxalifəti “gülənçi”likdə ittiham edirlər. Rəqibləri şərləmək üçün əllərinə fürsət düşüb. Amma bütün faktlar bunu göstərir ki, ən böyük “gülənçi”, bu şəbəkəyə maliyyə yardımı edənlər, Fətullah Gülən haqqında mədhiyyələr söyləyənlər bu hökumətin təmsilçiləridi.

 

AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin həbsi isə hökuməti tamam rüsvay etdi. Onun maşınına atılmış Gülən kitablarının redaktoru baş prokurur Zakir Qaralovun əmisi, ön söz yazanı isə Ilham Əliyevin vəkili Rəşad Məciddir. Amma sonradan başqa faktlar da ortaya çıxdı. Heydər Əliyevdən tutmuş, bu gün də parlamentdə oturan deputatlara qədər xeyli adamın Gülənə rəğbət bəslədiyi məlum oldu. Xeyli sayda fotolar, video görüntülər də bunun sübutudur. Bu gün də hökumət komandasının yuxarı başında oturanların bu şəbəkəylə ciddi əlaqələri var. Əliyev hökuməti isə həqiqi “gülənçi”ləri qorumaq üçün, müxalifəti “gülənçi” adıyla təqdim etməyə başlayıb.

 

Amma hökumətin qatı sözçüləri, mandat verib parlamentə buraxdıqları adamlar da etiraf edir ki, Gülən tərəfdarları komandanın içindədir. Məsələn, hökumətin deputatı Qüdrət Həsənquliyev müsahibəsində deyir: “2009-cu ildə Atatürk Mərkəzinin dəvəti ilə ”Gülüstan” sarayına Heydər Əliyevlə bağlı tədbirə dəvət almışdım. Orda 1000-ə yaxın adam vardı. Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimləri iştirak edirdi. Tədbitə gələn hər kəsə qovluq verilirdi. Qovluğun içində “Dialoq Avrasiya” jurnalı var idi. Tədbir Heydər Əliyevə həsr olunduğu halda jurnalın üz qabığında Fətullah Gülənin şəkli var idi. Baxdım ki, içəridəki məqalənin cəmi ikisi Heydər Əliyev haqqındadır, qalan bütün məqalələr Gülənin təbliğinə həsr edilmişdi. Heydər Əliyevə həsr olunmuş tədbirdə Gülənin təbliği nə deməkdir? Bu, bütün əndazə, etika və əxlaq prinsiplərinin pozulması idi”.

 

Göründüyü kimi, hökumətin deputatı da Gülənin ən yüksək səviyyədə təbliğini, bunun arxasında iri məmurların durduğunu etiraf edir. Deputat onu da bildirir ki, Gülənin təbliğinə etiraz etdiyi üçün ona qarşı kampaniya başlanıb, deputat həmkarları ona yol göstərməyə çalışıb, hətta Pensilvaniyaya dəvət edilib.

 

Hətta onu da bildirir ki, Əli Həsənov da Gülən təbliğatının əndazəni aşmasına etira edibmiş.

 

Indi sual yaranır ki, bu əndazəni aşanlar kim olub?

 

Yüzlərlə insanı Gülüstan sarayına dəvət edən Faiq Əmirli imiş? Jurnallarda Fətullah Gülənin təbliğatını aparan Faiq Əmirli imiş? Heydər Əliyevə həsr olunmuş tədbiri Gülənin tədbirinə çevirən Faiq Əmirli imiş?

 

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab sərgisini Fətullah Gülənin kitabları ilə bəzəyən Faiq Əmirli, Fuad Əhmədli olub? Yoxsa, parlamentdəki “gülənçi” deputlar Faiq Əmirlinin rəhbərliyi altında çalışırdılar?

 

Əslində, cəbhəçilərə qarşı “Gülən əməliyyatı”nı kim fikirləşibsə, Ilham Əliyevi tamam rüsvay etmək istəyib. Çünki, bu miqyasda absurdu, bu boyda yalanı nə beynəlxalq aləm, nə Türkiyə, nə də Azərbaycan xalqı qəbul edə bilməz. Hələ illər öncə prezidentin köməkçisi Əli Həsənov Gülənni təbliğində əndazənin aşıldığını deyib, hökumət deputatı Heydər Əliyevə həsr olunmuş tədbirdə də Gülənin reklam olunmasından danışır, hökumət isə cəbhəçiləri “gülənçi” adıyla zindana göndərir.

 

Heç bir normal hökumət bu qədər cılızlığı, iyrəncliyi özünə sığışdıra bilməz. Bizim hökumətimizin isə belə kompleksi yoxdur. Gülüstan sarayında Gülən haqqında məqalələr oxuyub feyziyab olanlar Faiq Əmirlini Gülənin kitabıyla şərləyirlər.

 

Allah adamın ağlını alınca, canını alsa yaxşıdır. Bu əxlaqın, bu düşüncənin sahibləri dövlət və xalq üçün böyük təhlükədir./azadlıq/

Hər halda Əli Həsənovun «əndazəni aşmayın» iradı Faiq Əmirliyə şamil edilməyib
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap