header

 ABŞ koalisiyası Suriyanın neft-qaz sənayesinə 2 myrd. dollar zərər vurub

ABŞ koalisiyası Suriyanın neft-qaz sənayesinə 2 myrd. dollar zərər vurub

İŞİD-lə mübarizə üçün gələn ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri   Suriyanın neft-qaz sənayesinə  2 milyard dollar dəyərində zərər vurub. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə  SƏR-in BMT-dəki  daimi  nümayəndəsi Bəşər Cəfəri  Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bəyan edib.

 

Diplomat xatırladıb ki, Amerika koalisiyası  BMT və Suriya hökumətinin razılığı olmadan yaradılıb: «Koalisiya  Suriyanın günahsız dinc sakinlərinə və yollar, körpülər, zavodlar, məktəblər, xəstəxanalar kimi infrastrukturlara  aviazərbələr endirməyə başlayıb», - deyə Cəfəri əlavə edib.

 

O, həmçinin BMT TŞ üzvlərinə ötən ilin oktyabr ayında Hələbdə istilik elektrostansiyasının bombalanması zamanı dəyən 1,2 milyard avro zərəri də  xatırladıb: «Elektrostansiya «Amerikanın sülh göyərçinləri» tərəfindən bir zərbə ilə məhv edilmişdi».

 

Suriyada humanitar vəziyyətə həsr olunmuş iclas zamanı Cəfəri koalisiyanın son  hava reydlərini, o cümlədən Fransız təyyarələrinin Manbic rayonuna onlarla dinc sakinin ölməsi ilə nəticələnin aviazərbələrini də nəzərə çatdırdı.

 

SƏR nümayəndəsi  Fransa kəşfiyyatının və şəxsən ölkənin sabiq DİN rəhbəri Loran Fabiusun Dəməşq yaxınlığında Şərqi Qutada 2013-cü ilin avqust ayında kimyəvi hücumda əli olduğuna diqqət çatdırdı. Xatırladaq ki, bundan sonra  Suriyada kimyəvi silahların məhvi barədə qərar verilmişdi. Bununla belə, Cəfəri fransız Jorj Malbruno və Kristian Şenonun müəllifləri olduqları «Dəməşq yolları» kitabına  istinadən bəyan edib ki, Şərqi Qutada  kimyəvi hücumda əsas məqsəd terrorçuların Xan əl-Asalda zarin istifadə etdikləri barədə BMT-nin araşdırmasının qarşısını almaq olub.

ABŞ koalisiyası Suriyanın neft-qaz sənayesinə 2 myrd. dollar zərər vurub
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap