header

 İranın terrorçu elan etdiyi təşkilat üzvlərini ABŞ təyyarələri İraqdan çıxarıb

ABŞ-a məxsus sərnişin təyyarəsi bu gün səhər saatlarında İraq ərazisindən İranın terrorçu kimi tanıdığı “İran xalqının mücahidləri təşkilatı”nın üzvlərini Albaniyaya aparmaq üçün çıxarıb

Təyyarənin göyərtəsində 100-dən artıq sərnişinin, həmçinin "İran Xalqı Mücahidlər Təşkilatı"nın rəhbəri Məsud Rəcəviyə yaxın adamların olduğu bildirilir.

 

“Təsnim” xəbər agentilinin verdiyi məlumata əsasən, bu təşkilatın bəzi üzvləri İnterpol tərəfindən axtarışda olub. Agentlik təyyarənin göyərtəsində Məsud Rəcəvinin də olmasını ehtimal edir.

 

Adı çəkilən aviareysin həmin təşkilat üzvlərindən başqa heç kəsi göyərtəyə almamaq barədə təlimat aldıqları bildirilib. Bu şəxslərin İraqdan çıxarılmasının BMT-nin qaçqınlar üzrə komitəsi, ABŞ və Səudiyyə Ərəbistanın koordinasiyası nəticəsində baş verdiyi bildirilir.

 

Qeyd edək ki, “İran Xalqının Mücahidləri Təşkilatı” İran ərazisində çox saylı insan qətlləri törətdiyi üçün İran hökuməti tərəfindən terror təşkilatı siyahısına daxil edilib.

ABŞ-a məxsus sərnişin təyyarəsi bu gün səhər saatlarında İraq ərazisindən İranın terrorçu kimi tanıdığı “İran xalqının mücahidləri təşkilatı”nın üzvlərini Albaniyaya aparmaq üçün çıxarıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap