header

 Türkiyə Ordusu kürd mövqelərini raket atəşinə tutub - VİDEO

Suriya Demokratik Qüvvələrinin nümayəndəsi: "Türk artilleriyası İŞİD-çilərə bir zərbə olsun belə vurmayıb"

Türkiyə Ordusunun  artilleriya qüvvələri Manbic şəhərində Suriya Demokratik Qüvvələri (SDQ) qruplaşmasının mövqelərini atəşə tutublar. FaktXəbər-in Tass-a istinadən məlumatına görə, bu barədə SDQ-nin hərbi nümayəndəsi  Şarfan Dərviş Firat News Agency-ə bildirib.

 

"Türkiyə qoşunları Manbicdən şimalda Sacur  çayı ərazisində bizim müdafiə xətlərimizi atəşə tutub", - deyə komandir bildirib. Onun sözlərinə görə, cəbhənin bu ərazisində onlarla raket partlayıb. Dərviş vurğulayıb ki, İŞİD terrorçuların ən yaxın  mövqeləri 20 km kənardadır.

 

"Türk artilleriyası  muzdurlara  bir zərbə olsun belə vurmayıblar. Onlar ancaq bizim mövqeləri atəşə tutublar", - deyə SDQ nümayəndəsi bildirib.

 

Bundan əvvəl türk hərbçilərinin eyni anda iki istiqamətdə – kürd mövqelərinin yerləşdiyi Manbic şəhəri istiqamətinə və İŞİD terrorçularının olduğu Carablus  şəhəri yaxınlığını atəşə tutduqları barədə məlumat yayılmışdı.

 

Qeyd edək ki, kürd qruplaşması İŞİD terror qruplaşmasını Carablusa doğru sıxışdırıb. Türkiyə isə Yevfrat çayının qərb sahilində olan bu şəhərin kürdlərin nəzarətinə keçməsini istəmir.



Suriya Demokratik Qüvvələrinin nümayəndəsi: "Türk artilleriyası İŞİD-çilərə bir zərbə olsun belə vurmayıb"
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap