header

 İŞİD-ə əsir düşən amerikalı qızın ölümündən sonra görüntüləri yayıldı - Video

İŞİD-ə əsir düşən amerikalı qızın ölümündən sonra görüntüləri yayıldı - Video

İŞİD tərəfindən qaçırılan və hava hücumu nəticəsində həyatını itirən amerikalı yardım işçisi Kayla Muellerin terror təşkilatın əlində əsir olduğu dövrdə çəkilən videosu yayımlanıb.

 

Suriyada 2013-cü ildə qaçırılan və ötən ilin fevralında həyatını itirən Muellerə aid görüntülər ailəsinin icazəsi ilə “ABC” televiziyasında yayımlanıb. İŞİD tərəfindən Muellerin ölümündən 18 ay əvvəl Arizonadakı ailəsinə göndərildiyi bildirilən videoda 25 yaşındakı yardım işçisi "Yardımınızı istəyirəm. Uzun müddətdir ki, buradayam, xəstəyəm. Bura çox qorxuludur", - deyib.

 

Qara hicab taxan və olduqca zəifləmiş olduğu görünən Mueller əsir qaldığı dövrdə İŞİD lideri Əbubəkr əl-Bağdadi ilə evlənməyə məcbur edilib, təcavüzə və işgəncəyə məruz qalıb. Mueller ötən il təşkil olunan hava hücumunda həyatını itirib.

 

Bu arada Kayla Muellerin ailəsi qızları üçün qurduqları fonda ABŞ Prezidenti Barak Obamanın söz verməsinə baxmayaraq, hələ də ianə vermədiyini deyib. Ağ Evdən verilən açıqlamada ianənin hələ verilmədiyi təsdiqlənib.



İŞİD-ə əsir düşən amerikalı qızın ölümündən sonra görüntüləri yayıldı - Video
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap