header

 Sağçı lider ölkəni İslamdan təmizlənəcəyinə söz verdi

Sağçı lider ölkəni İslamdan təmizlənəcəyinə söz verdi

Hollandiyada ifrat sağçı siyasətçi Geert Vilders rəhbərliyindəki PVV proqramında ölkədəki məscidləri bağlamağı, Qurani-Kərimi qadağan etməyi və qaçqınlara verilən yaşayış icazələrini ləğv etməyi vəd edib.

 

Geert Vilders rəhbərliyindəki Azadlıqlar Partiyası (PVV) “Facebook”dan ictimaiyyətilə bölüşdüyü bir səhifəlik partiya proqramında İslam əleyhdarlığını yeni səviyyəyə qaldırıb. Əsas vədi Hollandiyanın "İslamdan təmizlənilməsi" olan proqramda ölkədəki məscidlərin bağladılacağı, Qurani-Kərimin qadağan olunacağı və qaçqınların yaşama icazələrinin ləğv ediləcəyi vədi verilib. Partiyanın lideri Vilders proqram layihəsini “Twitter” hesabından da bölüşüb.

 

“Hollandiya yenidən bizimdir!" başlığını daşıyan proqram 11 maddədən ibarətdir. "Milyonlarla hollandiyalı ölkəmizin İslamlaşmasından bezdi. Bu qədər kütləvi köç, terror, şiddət və təhlükə kifayətdir", - sözləri ilə başlayan proqramın birinci maddəsi "Hollandiyanı İslamdan təmizləyəcəyik" olub.

 

İslam ölkələrindən qaçqın və ya köçkün qəbul etməməyin vəd edildiyi proqramda "Müəyyən bir dövrdə verilmiş bütün yaşayış icazəslərini geri alacağıq və mühacirət mərkəzlərini bağlayacağıq", - sözləri yer alıb.

 

İctimai yerlərdə hicab qadağası vədi verilən partiya proqramında ictimai nizamı pozan İslami təzahürlərin qadağan olunacağı da qeyd edilib.

 

Proqramdakı ən diqqət çəkən vəd isə "Bütün məscidləri və İslam məktəblərini bağlayıb, Quranı qadağan edəcəyik", - olub.

 

PVV proqram layihəsində Hollandiyanın Aİ-dən çıxarılması, gəlir vergisinin azaldılması, avtomobil vergilərinin yarıya endirilməsi kimi sözlər də yer alıb.

 

Ölkədəki digər siyasi partiyalardan PVV-nin proqramına reaksiya gecikməyib. Xristian Demokratların lideri Sybrand van Haresma Buma proqramı "Uçuq" və "İnanılmaz" kimi səciyyələndirib. Fəhlə Partiyasından verilən açıqlamada isə PVV-nin proqramı üçün "Hollandiya üçün fəlakət planı" qiymətləndirilməsi edilib.

 

PVV-nin sözügedən partiya proqramının hələ layihə olduğu, seçki prosesində bəzi dəyişikliklərə gedilə biləcəyi qeyd olunub.

 

Hollandiyada parlament seçkiləri 2017-ci ilin martında keçiriləcək.

Sağçı lider ölkəni İslamdan təmizlənəcəyinə söz verdi
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap