header

 Azərbaycan respublikası Nizami Gəncəvi adına beynəlxalq mərkəzinin məsulları terrorlar soltanı ilə görüşmüşlər!

Azərbaycan respublikasının dövlət adamları cinayətkar ölkələrlə mədəni, siyasi və təhlükəsizliyə dair əlaqələri genişləndirməklə nəyi əldə etmək istəyirlər?

Bakı respublikasının rəsmi "Azərtac" agentliyi Nizami Gəncəvi adına beynəlxalq mərkəzinin katibi və onun müavininin İsrailin keçmiş baş naziri İhud Barak və İsrail parlamentinin keçmiş spikeri və bu ölkənin vitze prezidenti Dalya İtziklə görüşündən xəbər vermişdir. Rövşən Muradov və onun müavininin İsrailin keçmiş rəsmilərilə görüşündə 11-12 martda keçirilən V "Bakı beynəlxalq yığıncağının" əhəmiyyəti müzakirə edilmişdir. Həmin görüşlərdə "Bakı beynəlxalq yığıncağın" 2017-ci ildəki növbəti yığıncağına hazırlıq haqqında fikir mübadiləsi aparılmışdır. Azərtac artırmışdır: Nizami Gəncəvi adına beynəlxalq mərkəzin keçirdiyi üçüncü iclasda Dalya İtzik, birinci, ikinci, dördüncü iclaslarda isə İhud Barak iştirak etmişdi. İtzik və Barak Nizami Gəncəvi adına beynəlxalq mərkəzin üzvüdürlər. Azərtac həmçinin xəbər vermişdir ki,Azərbaycan respublikasında milli sənət muzeyinin yaranmasının 80 illiyi münasibətilə və ona aid özəl proqramlar çərçivəsində İsrailin iki gənc sənətkarı sentiyabr ayında Bakıda konsert verəcəklər. Qeyd edək ki, sionist rejimin keçmiş baş naziri İhud Barak 1967 və 1973-cü müharibələrdə iştirak etmişdi və rəhbərliyi altında olan komando vahidlərinin həyata keçirdikləri terrorlarla, o cümlədən Fələstin azadlıq təşkilatının rəhbərləri Əbucihadı və Əbiəyadı Tunesiyada və digər Fələstin rəhbərlərini Beyrutda terror etməklə şöhrət qazanmışdır. O, çoxlu medallar qazanan İsrailin hərbi komanderlərindəndir. Indi isə belə bir sual qarşıya çıxır ki, niyə islam və müsəlmanların düşmənləri mədəni fəaliyyətlərin əsasını təşkil edirlər, onun qarşılığında isə bu ölkənin müsəlmanları ən ibtidai hüquqları olan din mərasimlərini keçirməkdən məhrum olur və hicab müdafeçiləri həbsxanalarda yaşayırlar? Yəhudiliyi və digər azmış təriqətləri gücləndirməkdənsə niyə əhalinin Allah və Peyğəmbərin hökmlərindən irəli gələn şiə kimlikləri gücləndirilmir? Onlar niyə gözəl məhdəvilik və Aşura mədəniyyətindən qorxurlar?

Azərbaycan respublikasının dövlət adamları cinayətkar ölkələrlə mədəni, siyasi və təhlükəsizliyə dair əlaqələri genişləndirməklə nəyi əldə etmək istəyirlər?
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 1:00:13 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap