İraqlı müctehid Şeyx Nimrdən danışdı
Posted on : Şəxsiyyətlər 10/16/2017 12:59:55 PM
İraqın nüfuzlu təqlid mərcəsi Şeyx Nimrin edam hökmündən söz açıb
Ayətullah Muhəmməd Təqi Müdərrisi deyib: “Şiənin tarixi qan
və şəhadətlə yazılıb. Səudiyyənin edam təhdidi bizi qorxuda bilməz. Uşaq
düşüncəli insanlar Şeyx Nimrin edamını planlaşdıra bilər. Hər bir problemin
həlli var və insan asan yolu seçməlidir. Bəzi dünya rəhbərləri öz yanlışlıqları
ilə millətlər üçün faciələr yaradırlar.” O həmçinin Yəmən böhranına
toxunaraq deyib: “Sudan prezidenti öz əsgərlərini Yəmənə döyüşmək üçün
göndərib, bir halda ki, bu ölkə özü daxili çəkişmələrdən əziyyət çəkir.
Səudiyyə Ərəbistanı rejimi Yəmənə təcavüz etməklə heçnə əldə etməyəcək. Yəmən
xalqı mübarizdirlər və qələbə qazanacaqlar.”