header

 Azer-Space İran əleyhinə propaqanda vasitəsinə çevrilib

 Azer-Space İran əleyhinə propaqanda vasitəsinə çevrilib

Çirkin “biznes”in mahiyyəti aşkar olur - TƏHLİL

Azer-Space telekommunukasiya peyklərinin funksiayasında anti-İran elementi özünü qabarıq şəkildə göstərməyə başlayıb.

Araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının orbitə buraxdığı iki peyki məlum dairələrin tapşırığı əsasında getdikcə anti-İran kanallarının yığnağına çevrilir. Bunu Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Azərkosmos Kosmik Agentliyinin İran xalqının düşməni olan qruplaşmalara və ya telekanallara verdiyi tezliklərin separatçı və təxribatçı fəaliyyətində müşahidə etmək mümkündür.

Doğrudur, biznes qaydaları çərçivəsində peyk şirkətləri qazanc əldə etməkdən ötrü tezlikləri istədikləri qiymətə və mövcud rəqabətlər əsasında sata və müqavilənin müddəti bitən kimi telekanalın yayımını dayandıra bilərlər, lakin bu qaydanı Azərbaycan peyklərinə şamil etmək olmur. Çünki burada İran İslam Respublikası ilə həm qonşuluq amili və münasibətlər nəzərə alınmalıdır, həm də Azərbaycanın biznes şirkəti deyil, dövlət olaraq məsuliyyəti.

Əslində kimsəyə sirr deyil ki, Azer-Space dövlət peykidir və onun bütün fəaliyyətlərinə görə məsuliyyət birbaşa Əliyev hökumətinin üzərinə düşür. Bununla belə fakt ondan ibarətdir ki, Azərkosmos Dövlət Agentliyi İranın əleyhinə təxribat vasitəsinə çevrilib və bu həqiqəti görməzdən gəlmək olmaz.

Maraqlıdır ki, İsveçdən və ABŞ-dan yayımlanan qaragüruh kanallarına pulsuz tezliklərin verilməsi bəs deyilmiş kimi, İsrail rejiminin xüsusi tapşırığı ilə “Iran International” adlı bədnam kanala da bu günlər yeni tezlik verilib. Bunun isə Azərbaycan dövlətinə - necə deyərlər - pul qazandıracağını düşünmək ən azı sadəlövhlük olardı. Çünki neft və qaz dollarları ilə varlanan ölkənin əsasən belə çirkin biznesə ehtiyacı yoxdur. Burada sadəcə olaraq yalnız İran düşmənlərinin hibrid müharibəsində hansısa rolun qəbul edilməsindən söhbət gedə bilər. Ancaq belə bir təşəbbüs əvvəl-axır Azərbaycana nəinki xeyir gətirməyəcək, hətta onun milli maraqlarına təhlükə yaradacaqdır.

Əlbəttə bir ehtimal da vardır ki, sionistlərin agentura şəbəkəsi Azərbaycanı İranla qarşı-qarşıya qoymaq məqsədilə Azərbaycan peyklərini öz siyasətləri çərçivəsində yönləndirir və öz düsturlarını Prezident Administrasiyasından və ya Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyindən xəbərsiz icra edir. Bu isə günahdan pis üzürdür və xərçəngvari nüfuz Azərbaycanın lüzumsuz avantüraya cəlb edilməsi onun milli hakimiyyətinə, dövlətçiliyinə ziyan vuracaq, həmçinin onun İranla normal qonşuluq siyasətinə kölgə salacaqdır.  

Çirkin “biznes”in mahiyyəti aşkar olur - TƏHLİL
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-26-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap