header

 Lavrov komunikasiyaların bərpası üzrə razılığa ümid edir

 Lavrov komunikasiyaların bərpası üzrə razılığa ümid edir

Rusiya XİN rəhbəri qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüş zamanı Bakı ilə İrəvan arasında nizamlanma məsələləri müzakirə olunub.

Rusiya XİN rəhbəri deyib: “Rusiya ümid edir ki, Rusiya, Ermənistan və Azərbaycandan ibarət üçtərəfli işçi qrupu tezliklə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması ilə bağlı razılığa gələ biləcək.”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunlarına dair mətbuat konfransında əlavə olaraq belə deyib:

"Biz Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə danışıqlar prosesinin gedişi barədə danışdıq. Ümid edirik ki, yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri müvafiq üçtərəfli işçi qrupun həmsədrləri kimi, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu marşrutundan istifadənin bərpası ilə bağlı konkret razılıqların əldə edilməsi məsələsini həll edə biləcəklər".

O qeyd edib ki, görüş zamanı Bakı ilə İrəvan arasında nizamlanma məsələləri müzakirə olunub.

"Biz Rusiya Federasiyası, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyanatların bütün müddəalarının ciddi şəkildə yerinə yetirilməsinə sadiq olduğumuzu bir daha təsdiqlədik", - Rusiya XİN rəhbəri vurğulayıb.

Azərbaycan dəfələrlə Ermənistanın Sünik rayonu ərazisindən keçərək Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istəyini bəyan edib. Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyatı bərpa etməyə hazır olduğunu dəfələrlə qeyd etmişdir. Ancaq Ermənistan tərəfi öz torpaqlarından Azərbaycan Respublikasına hərhansı dəhlizin verilməsinin qeyri-mümkün olduğunu bildirir.

Qeyd edək ki, 1-ci Qarabağ  müharibəsindən bu günədək Azərbaycan Respublikasının Naxçıvanla quru əlaqəsi İran İslam Respublikası vasitəsi ilə təmin olunur.

Rusiya XİN rəhbəri Laçın dəhlizindəki son vəziyyətə də münasibət bildirib: " Orada nəzarət-buraxılış məntəqələrinin yaradılması nəzərdə tutulmayıb, lakin bu yol ilə daşınanlara dair şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür", - Lavrov deyib.

Qeyd edək ki, bundan öncə Bakı dəfələrlə Ermənistanı Laçın dəhlizilə Qarabağa hərbçi, silah və minalar daşımaqda ittiham edib. Həmçinin qeyd olunur ki, erməni separatçılar tərəfindən qanunsuz işlənilən mədənlərdən çıxarılan qızıl Qarabağdan qanunsuz olaraq daşınıb.

Rusiya XİN rəhbəri qeyd edib ki, azərbaycanlı həmkarı ilə görüş zamanı Bakı ilə İrəvan arasında nizamlanma məsələləri müzakirə olunub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap