header

 Ailə rejimini kürdlərə bağlayan nədir?

 Ailə rejimini kürdlərə bağlayan nədir?

Əliyevin Neçirvan Barzani ilə görüşü ciddi suallar doğurub

Azərbaycandakı ailə rejiminin Münhendə olarkən İraq Kürdüstan Regional Hökumətinin başçısı ilə görüşü qeyri-adi olduğunua xatir geniş təhlillərə yol açıb.

Fevralın 18-də baş tutan görüşdə Neçirvan Barzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib.

O, İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd edib.

Görüş zamanı Əliyev də Azərbaycan Respublikasının Ərbildə konsulluq açmasını vəd etməklə yanaşı Barzanini Bakıya səfərə dəvət edib.

Maraqlıdır ki, Bağdaddan icazəsiz belə bir addımın atılması separatizmi dəstəkləməklə yanaşı İraq dövlətinin suveren hüququna zidd hərəkət kimi qiymətləndirilə bilər.

Eyni zamanda PKK terror təşkilatı üzvlərinin İraq Kürdüstanında sığınacaq tapması nəzərə alınaraq, Bakının kürdlərə yaxınlaşması Türkiyəni də qıcıqlandıra bilər. Bununla belə görünür, indiki prezidentin atası Heydər Əliyevin vaxtilə sözü gedən terror təşkilatının yaradılmasında rol oynaması və onun hətta kürd əsilli olması uzan illərdən sonra varis rejiminin kürdlərə loyallıq göstərməsinə təsirsiz ötüşməyib.

AXCP yetkilisi Fəhmin Hacıyev vaxtilə demişdir: “Türkiyəni parçalamaq və çökdürmək məqsədi ilə PKK-nın qurulması Heydər Əliyevin Sovetlərə və Rus imperializminə verdiyi xidmətlər arasında olmuşdur. Onun ideologiyası anti-Türk idi”.

Əliyevin Neçirvan Barzani ilə görüşü ciddi suallar doğurub
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-20-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap