header

 Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı məyus etdi

 Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı məyus etdi

Qarabağdakı Rusiya sülhməramlılarına BMT-nin mandatı lazım deyil

Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Pyotr İliçev bildirib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlılarına Birləşmiş Millətlər Təşkilatının mandatını verməyə ehtiyac yoxdur.

RİA Novosti-yə açıqlama verən hökumət rəsmisi deryib: “Dağlıq Qarabağ münaqişəsi zonasında sabitliyin saxlanmasının yeganə qarantı Rusiya sülhməramlı kontingenti olaraq qalır. Ona BMT-nin mandatını verməyə gərək yoxdur, çünki sülhməramlılarımızın fəaliyyəti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli ilk üçtərəfli bəyanatında aydın şəkildə əksini tapıb. Bununla bağlı mübahisə iştirakçıları arasında konsensus müşahidə olunur və bu fakt burada əsas xarakter daşıyır”.

Diplomat qeyd edib ki, Rusiya sülhməramlılarının fəaliyyəti həm Bakıda, həm də İrəvanda dəstəklənir. Bu isə ərazinin yekun statusunun qeyri-müəyyənliyi şəraitində mühüm əhəmiyyət kəsb edir.

Qarabağdakı Rusiya sülhməramlılarına BMT-nin mandatı lazım deyil
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-08-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap