header

 Deputat səfirliyin mühafizə xidmətinə irad bildirib

 Deputat səfirliyin mühafizə xidmətinə irad bildirib

Azərbaycan Respublikası parlamentinin deputatı Qüdrət Həsənquliyev bu ölkənin xaricdəki diplomatik korpuslarının mühafizə xidmətlərindəki nöqsana diqqət çəkib.

“Biz səfirliklərdə oluruq və görürük ki, onların təhlükəsizlik xidmətlərinin əməkdaşları zirehli gödəkçə geyinirlər və silahlı olurlar”,-deyən millət vəkili təklif edib ki, Milli Məclisin iclaslarından biri Azərbaycanın xaricdəki diplomatik korpuslarının təhlükəsizliyinə həsr edilsin.

Qüdrət Həsənquliyev xatırladıb ki, son dövrdə Azərbaycanın xaricdə fəaliyyət göstərən beş diplomatik korpusuna hücum edilib.

Xatırladaq ki, deputatın toxunduğu beş hücumdan biri yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmişdir. Ancaq digər ölkələrdə baş vermis 4 hücumdan fərqli olaraq, Azərbaycan Respublikasının bütün diplomatları İrandan dərhal təxliyyə edildi və bunun özü ciddi şübhələrə yol açdı. Nəyə görə məhz İran barədə belə addım atıldı?

Yanarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumdan dərhal sonra sionist İsrail rejiminin Bakıdakı səfiri Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşdü və bu görüşdən bir tvitt paylaşaraq önəmli mövzular o sıradan Tehran hadisəsinin müzakirə olunduğunu bildirdi.

Bu görüş və ardınca rəsmi Bakının sərt və beynəlxalq münasibətlərdə misli görünməmiş qərarı, ardınca isə Bakıda ardı-arda “casus” ovuna çıxması, Tehrandakı səfirlik olayı barədə ciddi şübhələrə yol açıb.

“Hansı gizli məqamlar aşkarlana bilərdi”, deyə Azərbaycan Respublikası Tehrandakı səfirliyini tələm-tələsik təxliyə etmişdir?

Niyə rəsmi Bakı səfirliyi dərhal təxliyyə etməklə müstəqil komissiya yaratmağa imkan vermədi?

Niyə səfirlik məsələnin hərtərəfli araşdırılması üçün İran polisinə imkan yaratmadan, onunla əməkdaşlıqların ən vacib məqaminda Tehranı tərk etdi?

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov İrana, səfirliyin təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi barədə öncədən məlumat verildiyini deyir. Rəsmi Bakı təhlükədən bu qədər əmin idisə, nəyə görə deputat Qüdrət Həsənquliyevin səsləndirdiyi iradı vaxtında düzəltməyib və səfirliyin mühafizə xidmətinin rəisi və digər üzvlərinin heç birinin nəinki silahı hətta zirehli gödəkçəsi belə olmayıb? Özünü müdafiə üçün heç bir imkana malik olmayan səfirliyin mühafizə xidməti kimi və necə mühafizə etməli idi?

Təəssüflər olsun ki, deputat Qüdrət Həsənquliyevin bu yerli iradı vaxtında diqqətə alınsaydı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəisi mərhum Orxan Əsgərov həyatını itirməz, səfirliyin mühafizə xidmətinin digər iki əməkdaşı ağır yara almazdı.

Azərbaycan Respublikası parlamentinin deputatı Qüdrət Həsənquliyev bu ölkənin xaricdəki diplomatik korpuslarının mühafizə xidmətlərindəki nöqsana diqqət çəkib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-01-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap