header

 Müqavimət qüvvələri Əsqəlana raket hücumları ediblər

 Müqavimət qüvvələri Əsqəlana raket hücumları ediblər

Müqavimət qüvvələrinin sionistlərin Cenin şəhərinə qarşı vəhşicəsinə basqınına reaksiyada işğal olunmuş ərazilərdə yerləşən Əsqəlan şəhərciyinə qarşı həyata keçirilən raket hücumları qəsəbə sakinlərini sığınacaqlara göndəribdir.

Əsqəlan qəsəbəsinə qarşı raket hücumları və bu qəsəbədə, eləcə də Qəzzə zolağının ətrafındakı qəsəbələrdə həyəcan siqnalının səsləndirilməsi, sözügedən şəhərciyin sakinlərinin sığınmaları üçün qəsəbə sığınacaqlarının yenidən açılmasına səbəb olub.

Sözügedən raket hücumlarını təsdiq edən sionist rejim ordusunun sözçüsü də bildiribdir ki, Əsqəlanın kənarında Zikkim, Kibuts və Kermiya qəsəbələrində də həyəcan siqnalları səsləndirilib.

İbridilli mənbələr bu gün səhər saatlarında Qəzzə zolağından işğal olunmuş Əsqəlan şəhərciyinə tərəf dörd raketin atıldığını bildiriblər.

Bu hücumların ardınca işğal olunmuş ərazilərdə “dəmir qübbə”lər də işə düşübdür.

Həmin hücumların fonunda qeyd edək ki, Fələstin müqavimət qrupları on nəfərin şəhid olması, on doqquza yaxın insanın da yaralanması ilə nəticələnən sionistlərin Cenin şəhərinə qarşı vəhşicəsinə basqınına reaksiyada, sionist rejimə, həmin hücumun cavabsız qalmayacağı haqda xəbərdarlıq etmişdilər.

Sionist rejim hərbçilərinin Cenin düşərgəsi əleyhinə  vəhşicəsinə hücumunun ardınca bütün Fələstin bölgələri aksiya səhnələrinə çevriliblər. Bu şərait aylar öncədən kəskinləşmiş qərb sahilindəki gərginliyi daha da artıracaq. Belə ki, İsrail rejiminin hərbi və təhlükəsizlik komandanları qərb sahilinin nəzarəti haqda Təl-Əviv başçılarına xəbərdarlıq ediblər.

Müqavimət qüvvələrinin sionistlərin Cenin şəhərinə qarşı vəhşicəsinə basqınına reaksiyada işğal olunmuş ərazilərdə yerləşən Əsqəlan şəhərciyinə qarşı həyata keçirilən raket hücumları qəsəbə sakinlərini sığınacaqlara göndəribdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-28-2023
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap