header

 “Sülh müqaviləsini imzalamaq üçün hər şeyi edəcəyik”

 “Sülh müqaviləsini imzalamaq üçün hər şeyi edəcəyik”

Ermənistanın baş naziri bəyan edib ki, onun ölkəsi ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək.

Tashaio.com-ın məlumatına əsasən, Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib: “Sülh sazişinin bir neçə variantı var. Bu variantlardan biri bütün mümkün məsələləri konkretləşdirmədən Ermənistan-Azərbaycan münasibətlərinin ümumi sərhədlərini müəyyən edəcək bir növ çərçivə sazişi ola bilər”.

Baş nazir qeyd edib ki, Azərbaycanın bu yolla getməsi məqbuldursa, onda problem həll oluna bilər.

“Həmçinin vurğulamaq çox vacibdir və beynəlxalq ictimaiyyət bundan xəbərdar olmalıdır ki, sülh müqaviləsi qüvvəyə minənədək sərhədlərin delimitasiyası prosesi başa çatmalıdır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, beynəlxalq birlik, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır və bütün ölkələrin mövqeyi Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur.

Paşinyan söhbətinin davamında deyib: “Ermənistan da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb .2007-ci ildə tanıyıb. Bunu nə qədər söyləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, ya yox? Bəlkə bütün problemlərimiz ondan irəli gəlir ki, biz bunu görmürük”.

Ermənistanın baş naziri bəyan edib ki, onun ölkəsi ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-12-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap