header

 İsveç və Finlandiya Ankaranın şərtini təmin etməyiblər

 İsveç və Finlandiya Ankaranın şərtini təmin etməyiblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, İsveç və Finlandiya hələ onların NATO-ya qatılmaq üzrə Ankaranın önşərti kimi Türkiyənin təhlükəsizlik zəmanətlərini təmin etməyiblər.

Tashaio.com-ın məlumatına əsasən, Türkiyə/ İsveç və Finlandiyanın NATO-ya üzvlük üzrə ərizələri ilə razılıq üçün bu ölkələrdə Kürdüstan Fəhlə Partiyası- PKK-nın fəaliyyətinin qarşısının alınması kimi şərtlər irəli sürüb. İsveç və Finlandiya Türkiyənin şərtlərinin həyata keçirlləcəyi vədini versələr də, Ankaranın razılığını cəlb etmək üzrə müzakirələr davam etməkdədir.

Mövlud Çavuşoğlu dünən deyib: İsveç və Finlandiya Ankara qarşısındakı bütün öhdəliklərini yerinə yetirməyiblər və bu razılaşmalar barədəki növbəti yığıncaq son dərəcə mühüm olacaq.

Çavuşoğlu deyib: Əlbəttə, bu iki ölkə NATO-ya qoşulmaq üçün mühüm addımlar atıbdır, amma hazırkı mərhələdə bu addımları yetərincə hesab etmək olmaz.

Bundan öncə Türkiyənin təhlükəsizlik məsələləri barədə bu ölkələrin müştərək anlaşmasının araşdırılması üçün Helsinki şəhərində Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli yığıncaq keçirilmişdi.

Ankara deyir ki, sözügedən ölkələr hələ bu anlaşmalara əməl etməyiblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, İsveç və Finlandiya hələ onların NATO-ya qatılmaq üzrə Ankaranın önşərti kimi Türkiyənin təhlükəsizlik zəmanətlərini təmin etməyiblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-10-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap