header

 İnsan haqlarının pozulduğu Azərbaycanda bayram etmək olarmı?

 İnsan haqlarının pozulduğu Azərbaycanda bayram etmək olarmı?

Azərbaycan Respublikasında qələbə bayramı qeyd olunmaqdadır. Hökumətin 44 günlük müharibənin nəticələri barədə geniş təbliğatlarına və böyük zəfər deyə reklam etməsinə rəğmən bəziləri də belə qənaətdədirlər ki, Zəfər qazanan müstəqil ölkədə vətəndaşın da siyasi hüquqları tanınmalıdır.

AXCP sədri Əli Kərimli qalib xalqın hüquqları ilə bağlı bir status paylaşıb:

" - Qalib xalqın qaziləri çarəsizlikdən intihar etməz;

- Qalib xalqın uşaqları dövlət qayğısından kənarda, ac-yalavac böyüməz;

- Qalib xalqın mübariz övladları siyasi məhbus kimi məhbəslərdə çürüdülməz;

- Qalib xalqın özünə parlament, prezident seçmək hüququ olar…".

"Çalışırlar ki, bu bayramların miqyasını kiçiltsinlər"

Müxalif düşərgədə tez-tez vurğulayırlar ki, ölkədə sərbəst toplaşmaq azadlığı yoxdursa, demokratik seçkilər keçirilmirsə, sosial bazaları qiymətləndirmək yanlış nəticələrə yol açır.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda insan hüquqlarının qorunması ilə bağlı problemlər mövcuddur: "Vətəndaşların həm Konstitusiyada, həm digər qanunvericilikdə nəzərdə tutulan, həm də beynəlxalq aktlarla qorunan hüquqlarının müdafiəsində problemlər qalmaqdadır".

Ekspertin sözlərinə görə, əsas siyasi azadlıqlarla bağlı problemlərdir: "Ölkədə siyasi məhbuslar var və yenə də insanlar siyasi baxışlarına görə təqib olunur, hətta ifadə azadlığına görə təqiblər var. Sosial şəbəkələrdə özünü ifadə edən şəxslər zaman-zaman təhdidə, təzyiqə məruz qalırlar".

Lakin, o hesab edir ki, bayramların qeyd edilməsi ilə insan hüquqlarının pozulması arasında paralellik aparmaq düzgün deyil.

Azərbaycan Respublikasında qələbə bayramı qeyd olunmaqdadır. Hökumətin 44 günlük müharibənin nəticələri barədə geniş təbliğatlarına və böyük zəfər deyə reklam etməsinə rəğmən bəziləri də belə qənaətdədirlər ki, Zəfər qazanan müstəqil ölkədə vətəndaşın da siyasi hüquqları tanınmalıdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 11-10-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap