header

 BƏƏ-li muzdlu Yəmən limanını Ərəbistana satıb

 BƏƏ-li muzdlu Yəmən limanını Ərəbistana satıb

Yəmənin Əlmuhrə əyalətində dinc aksiya komitəsinin sədri və bu əyalətdə keçmiş valinin müavini əmirliklər və səudiyyə muzdlularının Yəmən ərazisindəki qarətlərini kəskin tərzdə tənqid edib.

Tashaio.com-ın məlumatına əsasən, Əli Salim Əlhərizi bildiribdir ki, əmirliklərin tabeliyində olan «Cənub Keçid Şurası» adlı qurumun başçılarından biri Əlmuhrədə yerləşən Qişn limanını Səudiyyə Ərəbistanına satıb və bu haqda bir müqavilə imzalayıb.

Əlhərizi vurğulayıbdır ki, Əlmuhrənin sakinləri öz torpaqlarının bir qarışından belə, keçməyəcək və onu müdafiə edəcəklər.

«Əlmuhrə əhalisinin mübarizəsi işğalçıların öz qüvvələrinin doxsan faizini bu əyalətdən çıxarmalarına səbəb olub»- deyən Əlhərizi bildiribdir ki, Əlmuhrə sakinləri tezliklə öz quru və dəniz mənbələrinin nəzarətini ələ alacaqlar.

Son zamanlar amerikan və ingilis hərbçilər Əlmuhrənin resurslarını qarət etmək üçün bu əyalətə daxil olublar. Amerikalı hərbçilərdən bir qrupu da son vaxtlar Əlmuhrədə yerləşən Əlqizə hava limanına daxil olub. Bu hava limanı ingilis və sionist qüvvələrin 2017-ci ildə qanunsuz surətdə inşa etdikləri hərbi bazadır.

Bundan öncə Yəmən milli qurtuluş hökumətinin baş naziri Əbdüləziz bin Həbtur demişdi ki, ABŞ səfirinin Əlmuhrə və Həzrəmut əyalətlərinə səfəri, Vaşinqtonun Yəmənin limanları və neft quyularına yiyələnmək üzrə səyi çərçivəsindədir.

Yəmənin Əlmuhrə əyalətində dinc aksiya komitəsinin sədri və bu əyalətdə keçmiş valinin müavini əmirliklər və səudiyyə muzdlularının Yəmən ərazisindəki qarətlərini kəskin tərzdə tənqid edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-24-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap