header

 Paşinyan Aİ-nin vasitəçilik səylərini vurğulayır

 Paşinyan Aİ-nin vasitəçilik səylərini vurğulayır

Ermənistanın baş naziri Avropa İttifaqının regionda sülhə nail olmaq üçün vasitəçilik səylərini vurğulayıb, onun Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasını tərifləyib.

Tashaio.com-ın məlumatına əsasən, Nikol Paşinyan Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovatçevi qəbulu zamanı deyib ki, rəsmi İrəvan Avropa Parlamenti ilə əməkdaşlığı yüksək qiymətləndirir,  bu da Ermənistan hökumətinin demokratik islahatlar gündəliyinin maraqlarından irəli gəlir.

Həmsöhbətlər demokratik islahatların gedişi, regional məsələlər, Dağlıq Qarabağ ətrafındakı vəziyyət, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan həmçinin Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin məsələsinə toxunaraq, onların geri qaytarılması üçün qəbul edilmiş qətnamələrə görə Avropa Parlamentinə minnətdarlığını bildirib.

Bəzi təhlillərə görə, Rusiyanın Cənubi Qafqazla bağlı strategiyası Paşinyan hökumətini qane etmədiyindən İrəvan Qərb dövlətləri və təşkilatları ilə təmaslarını son zamanlar xeyli artırıb, Fransa rəhbərliyinin isə Ermənistana total dəstəyi yeni siyasi kursda təsirsiz ötüşmür.

Emmanuel Makron öz açıqlamasında Rusiyanı Azərbaycanla əlbir olaraq Ermənistanı zəiflətmək yolunu tutmaqda günahlandırır.

Ermənistanın baş naziri Avropa İttifaqının regionda sülhə nail olmaq üçün vasitəçilik səylərini vurğulayıb, onun Ermənistan-Azərbaycan sərhədində müşahidə missiyasını tərifləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-24-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap