header

 Abgül Süleymanov azadlığa çıxdı

 Abgül Süleymanov azadlığa çıxdı

Hicab məhbusu Abgül Süleymanov həbs müddətini bitirib. O, saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Tashaio.com-ın verdiyi xəbərə görə, Abgül Süleymanovun azadlığa çıxması sosial şəbəkələrdə böyük həyacanla qarşılanıb. Onun şəkilləri və fikirləri sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, o, 2011-ci il avqust ayının 11-də (Ramazan ayında) İsmayıllının Lahıc qəsəbəsində həbs edilərək o zaman MTN adlandırılan qurumun (indiki DTX) təcridxanasına gətirilmiş, daha sonra ona qarşı ağır ittihamlar irəli sürülmüşdü.

Hacı Abgül Süleymanov Cinayət Məcəlləsinin 283.2.1 (Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə, 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham olunub.

2012-ci ilin avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Süleymanovun sədrliyi ilə keçirilən prosesdə 11 il həbs cəzasına məhkum edilib.

A.Süleymanov və yaxınları bu ittihamları qəbul etməyiblər. Bu həbsin səbəbini ruhaninin hicab qadağasına qarşı Bakıda keçirdiyi aksiyalar və hakimiyyətə münasibətdə tənqidi mövqe tutması ilə əlaqələndiriblər.

Hicab məhbusu Abgül Süleymanov həbs müddətini bitirib. O, saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10-01-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap