header

 Türkiyədən Avropa Birliyi sammitinin qərarlarına sərt reaksiya

 Türkiyədən Avropa Birliyi sammitinin qərarlarına sərt reaksiya

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Təəssüfləndirici haldır ki, Avropa Birliyinin zirvə toplantısında qəbul edilən qərarlarda Türkiyə ilə bağlı qərəzli, dardüşüncəli və gerçəklikdən uzaq baxış müşahidə olunur.

Tashaio.com-ın məlumatına əsasən, Avropa Parlamenti bu yaxınlarda Türkiyənin Avropa Birliyinyə üzvlük prosesinə son qoymaq üçün həyəcan siqnalı səsləndirdi və avropalılar Ankaradan Kipr məsələsində “iki ölkəli həll yolu” təklifinə göz yummağı istədilər.

Türkiyə iddia edir ki, Avropa Birliyi özünü “Qapalı Maraş” bölgəsi məsələləri və Kipr məsələsilə bağlı mövzularda Yunanıstanın tətbiqlərinə məhkum edib. Ankaranın iddiasına görə, Avropa Birliyi adadakı mövcud gerçəkliklərə əsasən, Kipr məsələsi üçün daimi, dayanıqlı və ədalətli bir həll yolundan ötrü, əngəl törətməyə əsaslanan baxışını kənara qoymalıdır.

Türkiyə dünyada yeganə ölkədir ki, Şimali Kiprdə türklərin yaşadığı bölgəni bir ölkə kimi tanıyır. Belə bir halda, heç bir beynəlxalq təşkilat və orqan bu bölgənin müstəqilliyini tanımayıbdır.

Türkiyə Xarici İşlər Nazirliyi bu bəyanatda vurğulayıb: Avropa Birliyinin Şərqi Aralıq və Egey dənizi ilə bağlı beynəlxalq qanunlara zidd olan maksimalist tezislərə legitimlik vermək cəhdi Ankara üçün qəbuledilməzdir.

Türkiyənin diplomatiya aparatı Avropa Birliyinin zirvə toplantısında qəbul edilən qərarlar barədə əlavə edib: Bu qərarlar sübut edir ki, Avropa Birliyi bir daha Türkiyə çərçivəsindəki yanlış halqadan çıxa bilməyibdir.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatının davamında deyilir: Avropa Birliyi hazırda dərk etməlidir ki, Ankaranın üzvlük prosesindən və Türkiyə ilə əməkdaşlıqdan əldə olunan mənfəətləri Yunanıstanın və Kiprin yunansakinli hissəsinin maksimum, qanunsuz və dardüşüncəli iddialarına qurban verməməlidir, zira Avropa Birliyinin öz ümumi mənafeyi də buna ehtiyac duyur.

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Təəssüfləndirici haldır ki, Avropa Birliyinin zirvə toplantısında qəbul edilən qərarlarda Türkiyə ilə bağlı qərəzli, dardüşüncəli və gerçəklikdən uzaq baxış müşahidə olunur.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-25-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap