header

 ABŞ Ermənistanla əlaqələrinə xüsusi önəm verir

 ABŞ Ermənistanla əlaqələrinə xüsusi önəm verir

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 18-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.

Tashaio.com-ın məlumatına əsasən, görüşdə baş nazir Ermənistan-Amerika münasibətlərinin daim inkişaf etdiyini və genişləndiyini vurğulayaraq bildirib ki, xanım Donfridin səfəri ikitərəfli əlaqələrin müzakirəsi üçün daha bir fürsətdir. O əlavə edib ki, demokratiyanın inkişafı Ermənistan hökumətinin əsas prioritetlərindən biridir.

Karen Donfrid isə, öz növbəsində, ABŞ Administrasiyasının Ermənistanla müxtəlif istiqamətlərdə qarşılıqlı tərəfdaşlığın genişlənməsinə və möhkəmlənməsinə də önəm verdiyini, Ermənistanın demokratik təsisatlarının inkişafına dəstəyin davamlı olacağını bildirib.

Görüşdə Cənubi Qafqaz regionunda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının fəaliyyətinə də toxunulub.

Görüşün davamında Ermənistanın baş naziri regionda sabitliyin və sülhün möhkəmləndiyini vurğulayaraq, regional sabitliyi pozan təxribat xarakterli bəyanatlara və hərəkətlərə beynəlxalq ictimaiyyətin adekvat reaksiya verməsinin zəruriliyini vurğulayıb.

Paşinyan ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi əsas rolunu qeyd edib və Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağ münaqişəsinin hərtərəfli həlli prosesinə önəm verib.

Xatırladaq ki, Qarabağ məsələsinin həllinə münasibətdə Birləşmiş Ştatların mövqeyi Ermənistanın mövqeyi ilə üst-üstə düşür və rəsmi Vaşinqton Qarabağ münaqişəsinin həll olunmadığını, bu səbəbdən də uzunmüddətli həll yolunun tapılmasına ehtiyac duyulduğunu düşünür. Onlar həmçinin Qarabağa yekun statusun verilməsində israrlıdırlar.

Təhlilliərə görə, ABŞ hökuməti Minsk Qrupunun fəaliyyətsizliyi dönəmində sülh prosesini Rusiyanın nəzartindən çıxarıb Brüsselə tapşırmaqla Azərbaycan Respublikasını tələyə salmağa çalışır.

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 18-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridi qəbul edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-19-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap