header

 Fərrux kəndinin, delimitasiya söhbəti ilə əlaqəsi yoxdur

 Fərrux kəndinin, delimitasiya söhbəti ilə əlaqəsi yoxdur

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib: Sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur.

"Ümid edirik ki, komissiyanın fəaliyyətə başlaması Bakı və İrəvan arasında etimadın yüksəlməsinə və həm Azərbaycan-Ermənistan sərhədində, həm də sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcək", deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov son İrəvan səfərində ermənistanlı həmkarı ilə birgə mətbuat konfransında müxbirin Fərrux kəndi barədə verdiyi sualına cavabda bu məsələnin sərhədlərin delimitasiyası prossesində öz həllini tapacağına ümidvar olduğunu bildirmişdi.

Azərbaycan Respublikası XİN Lavrovun bu açıqlamasına yumşaq etiraz edərək Fərrux kəndinin Azərbaycan torpaqları olduğunu, delimitasiyanın isə iki ölkənin sərhədlərinə aid olan termin olduğunu xatırlatmışdı.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi ilə əlaqəsi yoxdur
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-16-2022
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap